Prinsip 10: Çağırışlara kompleks yanaşma
Dayanıqlı
Şəhər nəqliyyatının son və 10-cu prinsipi “Çağırışlara kompleks yanaşma”
adlanır.
Şəhərin
və onun nəqliyyatının idarə edilməsi əlaqəli şəkildə həyata keçirməlidir. Əvvəli
yazılarda qeyd olunduğu kimi şəhərsalma siyasəti (və ya onun mövcud olmaması) şəhərin
nəqliyyatına böyük təsir göstəririr.
Buna görə bu iki siyasətlərin bir biridə uyğunlaşması olduqca vacibdir.
Məsələn, keyfiyyətli piyada mühiti olmadan heç bir keyfiyyətli ictimai nəqliyyatda
söz belə gedə bilməz, çünki piyada mühiti olmadan sərnişin ictimai nəqliyyat
stansiyasına gəlib çata bilməyəcək.
Vətəndaş və ekspert cəmiyyətinin, qeyri hökumət
təşkilatlarının da fikri nəzərə alınmalıdır. Hər hansı bir mühüm qərarın qəbulundan
əvvəl ictimai müzakirələr baş tutmalıdır və maraqlı tərəflərin istəkləri və rəyləri
öyrənilməlidir.
Hal hazırda Bakı şəhərində həm nəqliyyatda həm də şəhərsalmada heç bir
inteqrasiya yoxdur. Bakı şəhərinin idarə olunması ilə məşğul olan hər bir qurum ancaq öz mənafeyini qoruyur.
Eyni yerdə "Parkinq" və "Dayanma və Durma Qadağandır" nişanı |
Məsələn Bakı şəhərinin nəqliyyat məsələləri ilə əlaqədar qurumlarını götürsək
onların arasında olduqca zəif koordinasiyanın olduğunun şahidi olarıq. Sadəcə hərəkətin
təşkili ilə eyni zamanda üç qurum məşğul olur: Yol Polisi, Azəravtoyol və Bakı
Nəqliyyat Agentliyi. Bakı şəhərinin vahid nəqliyyat və şəhərsalma siyasətlərinin olmaması da problemi
daha da çətinləşdirir.
No comments:
Post a Comment