Prinsip 6: İctimai Nəqliyyatın
Yaxşılaşdırılması
Bu gün
Dayanıqlı Şəhər Nəqliyyatının “İctimai Nəqliyyatın Yaxşılaşdırılması” adlı 6-cı
prinsipi haqqında danışacağıq.
Rahat və keyfiyyətli ictimai nəqliyyat sistemini 7 meyarla ölçmək olar:
1.
Əlçatanlıq. Sərnişin yaşadığı yerin ağlabatan məsafədə ( adətən
500 metrdən çox olmamalı) ictimai nəqliyyatdan istifadə edə bilərmi? Evindən ictimai
nəqliyyat dayanacağına normal şəkildə çata bilərmi? Yaxındakı dayanacaqdan sərnişinə
lazım olan yerə getmək mümkündürmü? Normal marşrut birləşmələri varmı?
2.
Hərəkət cədvəllərin məqbul olması. Hərəkət
intervalları və hərəkət cədvəlləri ictimai nəqliyyatdan istifadəni mümkün
edirmi? Sərnişinə tələb edildikdə ictimai nəqliyyat xidməti mövcuddurmu?
3.
Mümkün qədər qısa səyahət müddəti. İctimai
nəqliyyatın hərəkət intervalları və sürəti tələb olunan yerə mümkün qədər tez
çatmağa imkan yaradırmı?
4.
Sərfəli qiymət.
İctimai nəqliyyatda gediş haqları başqa nəqliyyat
növləri ilə müqayisədə əlverişlidirmi? İctimai nəqliyyat növləri gediş haqqı
baxımından inteqrasiya ölününmü?
5.
Təhlükəsizlik, təmizlik, rahatlıq, insan ləyaqətinin
qorunması. İctimai Nəqliyyat təhlükəsidirmi, təmizdirmi? Sərnişin
ictimai nəqliyyatdan istifadə edəndə öz ləyaqətini qoruyub saxlayırmı?
6.
Etibarlılıq.
Sərnişin ictimai nəqliyyat xidmətinə etibar edə bilərmi?
Elan edilmiş hərəkət cədvəllərinə riayət olunurmu?
7.
Naviqasiyanın asanlığı. Sərnişin gündəlik planını dəyişsə ictimai nəqliyyat sistemindən baş aça
bilərmi? İctimai nəqliyyatda naviqasıya və məlumatlandırma nə səviyyədədir,
İnteqrasiya olunmuş multimodal nəqliyyat sistemi niyə görə vacibdir?
İnteqrasiya olunmuş nəqliyyat
sistemi sərnişinlərə müxtəlif nəqliyyat növlərindən istifadə etməyə asan imkanlar yaradır. Belə sistemin effektiv işləməsi üçün Nəqliyyatın
Mübadilə Mərkəzləri lazımdır (Hablar –
Multimodal Interchange Hubs)
İnteqrasiya olunmuş sistemdə vahid ödəniş və tarif sistemləri tətbiq olunduğuna görə ödəniş və nəzarət çətinlikləri aradan qaldırılır. İctimai nəqliyyat növləri arasında koordinasiya baş verir və vaxt cədvəlləri harmonizasiya olunur, bu amil nəqliyyat növlərinin dəyişmələrini asanlaşdırır.
İnteqrasiya olunmuş sistemdə vahid ödəniş və tarif sistemləri tətbiq olunduğuna görə ödəniş və nəzarət çətinlikləri aradan qaldırılır. İctimai nəqliyyat növləri arasında koordinasiya baş verir və vaxt cədvəlləri harmonizasiya olunur, bu amil nəqliyyat növlərinin dəyişmələrini asanlaşdırır.
Şəhərin müəyyən yerlərində (məsələn:
hablar dəmir yolu stansiyaları, metro stansiyaları) iri tutumlu parkinqlər (Park
and Ride) təşkil olunmalıdır ki, sürücülər şəhərin mərkəzi hissələrinə girmədən
ictimai nəqliyyatdan istifadə edə bilsinlər.
Şəhərin İctimai nəqliyyat sisteminin səmərəli işləməsi üçün bu
sahə kompleks olaraq bir mərkəzdən idarə və koordinasiya olunmalıdır. Keçən il
yaranan Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin bütün nəqliyyat məsələləri ilə
məşğul olmalıdır və ya tənzimləməlidir. Bakı şəhərində nə yol polisi (DYP), nə
avtomobil yolları ilə məşğul olan təşkilat (Azəravtoyol), nə də ki, təsərrüfat
fəaliyyəti ilə məşğul olan qurum (Bakı şəhər İcra hakimiyyəti) şəhər nəqliyyatının
və hərəkətin təşkili və tənzimlənməsinə qarışmamalıdır.
No comments:
Post a Comment