Prinsip 9: Həll yollarının
kommunikasiyası
Dayanıqlı Şəhər Nəqliyyatının 9-cu prinsipi “Həll
yollarının kommunikasıyası” adlanır.
Hətta ən keyfiyyətli və qabaqcıl nəqliyyat sistemi
düzgün məlumatlandırma sistemi olmadan səmərəli işləyə bilməz. Buna görə şəhər
naviqasiyası və sərnişin məlumatladırma sistemləri şəhər mobilliyinin təşkilində
mühüm rol oynayır.
Şəhər
naviqasiyası.
Şəhərdə insanları düzgün istiqamətləndirmək üçün şəhər
naviqasiyası çox vacibdir. Adətən bu təfavuratları xəritə formasında olur və
yaxında olan obyektləri və nəqliyyat dayanacaqlarını göstərir. Bundan əlavə ox
şəkilində istiqamət lövhələri də faydalıdır. Xaricdən yaxşı nümunələrə nəzər
yetirərək.
Sərnişin məlumatı
sistemləri.
Dayanacaqlarda olan məlumatlandırma da nəqliyyatdan
istifadəni asanlaşdırır. Bura dayanacağın adını işarə edən lövhələr, bu
dayanacaqda dayanan ictimai nəqliyyatın nömrələri, çatma vaxtları, hərəkət cədvəlləri,
marşrut sistemləri daxildir. Şəhərlər bu məlumatları cəlbedici və
rahat etmək istəyirlər.
Yaxşı nümunələrə nəzər yetirək.
Yaxşı nümunələrə nəzər yetirək.
Smartfon proqramları.
Demək olar ki, cəmiyyətin əksəriyyətindən
smartfonlar var. Nəqliyyat agentlikləri nəqliyyat məlumatlarına çıxışı ictimaiyyətə
açıq etdikdə mobil tətbiqlər üçün böyük imkanlar yaradır. Mobil tətbiqlər
istifadəçilər üçün uyğun marşrut seçməyə,
dəyişikliklər haqda xəbər verə bilər.
Dəyişikliklərdən məlumatlandırma
Nəqliyyat sistemində hər hansı bir operativ dəyişiklik olubsa bu dəyişiklik istifadəçilərə rahat şəkildə və əvvəlcədən çatdırılmalıdır.
Bakıdaki vəziyyət
Bakıda sərnişin informasiya sistemləri hələ yeni
peyda olub. Şəhər naviqasiyası ilə demək olar yox səviyyədədir. Yaxşı xəbər odur ki, avtobusların gəlmə vaxtlarını tezliklə dayanacaqlarda quraşdırılan monitorlarda yenidən görmək olacaq.
No comments:
Post a Comment