28
May Nəqliyyatın Mübadilə Mərkəzi: şəhərin əsas nəqliyyat qovşağı və xaos?
28 May metro stansiyası
və Bakı dəmir yolu vağzalı şəhərin ən vacib nəqliyyat qovşağıdır. Burada iki
metro stansiyası, əsas dəmir yolu stansiyası və külli sayda avtobus xətti birləşir.
Burada gündə yüz minlərcə insan keçir, nəqliyyatın bir növünü digər növünə dəyişir.
Şəhər nəqliyyat funksiyasını səmərəli şəkildə icra etmək üçün məhz bu qovşaqda
nəqliyyat mübadiləsini və piyada axınını düzgün təşkil etməyə maraqlı
olmalıdır.
Bir qədər əvvəl Bakı Nəqliyyat agentli özünün “HUB” konsepsiyasına uyğun olaraq 28 May metro stansiyasında Nəqliyyatın Mübadilə Mərkəzinin (NMM) eskizini təqdim etdi.
Bir qədər əvvəl Bakı Nəqliyyat agentli özünün “HUB” konsepsiyasına uyğun olaraq 28 May metro stansiyasında Nəqliyyatın Mübadilə Mərkəzinin (NMM) eskizini təqdim etdi.
Layihənin hansı problemləri var?
1. NMM-nın ərazisinə
avtomobillərin girişi məhdudlaşdırılmayıb, bundan əlavə ərazidə böyük sayda
parkinq yerləri nəzərdə tutulub. Yəni oradan keçən yüz minlərlə insanın
maraqları 300-400 ( bəlkə də daha az) parkinq yerinə qurban verilib. Qeyd etmək lazımdır ki, şəhərin
belə bir vacib yerinin küçə parkinqi kimi istifadəsi torpağın ən səmərəsiz
istifadəsidir.
2. Bu nəqliyyat
qovşağında piyada keçidləri yalnız yerin altından nəzərdə tutulub, bu o deməkdir
ki, yüz minlərcə insanın keçdiyi yerdə hərəkət
prioriteti məhz avtomobillərə verilib.
İndi gəlin görək bu ərazidə vəziyyət reallıqda necədir. Qeyd
edim ki, şəkillər şənbə günü çəkilib, həftə içində vəziyyət daha da acınacaqlı
olur.
Bütün vağzal
meydanı parkinqi xatırladır.
Səki bəzən tam
dağılmış şəkildədir.
Maşınları səkidə
saxlamaq burada adı bir şeydir
Bəzən avtobus
dayanacığına aparan səki bitir, əsas maşınlardır axı
İnsanlar yolun
hərəkət hissəsi ilə gedirlər, başqa əlac yoxdur
Təbii ki,
yeraltı keçiddən istifadə edən yoxdur. Yeri gəlmişkən burada Bakı üçün unikal,
pilləsiz yeraltı keçid var.
Bir sözlə xaos
Yenə də parking, həftə içi günlərdə burada da xaos olur.
Bəs nə edilməlidir?
Təbii ki, bu ərazi
şəxsi avtomobillər üçün tamami ilə bağlanmalıdır. Burada rahat avtobus
platformalarını və taksi dayanacaqlarını təşkil etmək lazımdır. Təbii ki, gələcəkdə
buradan tramvay xətti də keçməlidir.
No comments:
Post a Comment