Yusif Səfərov küçəsinin lətifəsi
Bu videoya baxdım və fikirlərimlə bölüşmək istədim:
Bura Yusif Səfərov
küçəsidir və Bakı şəhərində piyadalar üçün ən narahat küçədir, halbuki burada
yaşayış binaları, iş mərkəzləri, dövlət idarələri və avtobus dayanacaqları
yerləşir. Piyada keçidi yalnız Xatai Telefon Qovşağının və Prenatal
Mərkəzin yaxınlığında var ondan sonra 700 metr məsafədə heç bir keçid
yoxdur.
Küçənin hərəkət hissəsi
8 zolaqdan ibarətdir, sürətlər isə adətən yüksək olur.
Bəli, burada iki piyada
keçidi tikməklə böyük problemi həll etmək olar, amma bu problemlərin səbəbi
keçmişdə qəbul edilmiş səhv qərarlardadır.
Vaxtı
ilə Yusif Səfərov küçəsi canlı, yaşıl bir küçə idi, küçənin ortasında geniş
bulvar var idi(aşağıdaki 2008-ci ilin peyk çəkilişi). Amma sonra şəhərdə
maşınların sayı artdı və küçəni belə eybəcərcəsinə
yenidənqurdular.
Amma sonra şəhərdə
maşınların sayı artdı və küçəni belə eybəcərcasına yenidənqurdular.
Küçəyə avtomobil
xüsusiyyətləri vermək cəhdi əvvəlindən yanlışdır, bu birmənalı olaraq
şəhərsalma səhvidir və bu haqda yazmışdım.
Bildiyiniz kimi, küçənin və avtomobil yolunun
funksiyaları tam fərqlidir.Dünya nəqliyyat və şəhərsalma təcrübəsi deyir ki, əgər şəhərə sürətli
avtomobil yolu tələb edilirsə belə yol yaşayış və işgüzar fəaliyyət olmayan
yerdə, küçə səviyyəsindən yuxarı (estakadalar) və ya aşağı (tunellər) tikilməlidir.
Belə yollarda nə piyada, nə ictimai nəqliyyat dayanacaqları ola bilər.
Ancaq SSRİ-də küçənin və avtomobil yolunun
qibridi , yəni çoxzolaqlı, svetoforsur, yer səviyyəsində piyada keçidi olmayan
“prospektlər” vardır.
SSRİ dağıldı amma onun
yol ənənələri hələ də yaşayır və şəhərlərimizdə yaşayış keyfiyyətini aşağı
salır.
Bundan
əlavə yol tikintisi ilə problemlər həll olunmur, çünki daha çox yol, şəhərə
daha çox maşın gətirir.Daha ətraflı burada
No comments:
Post a Comment