Wednesday, 19 April 2017

Azadlıq prospekti

Azadlıq prospektində birtərəfli hərəkət təşkilinin fəsadları və  problemlərin həll yollarından danışaq.
Azadlıq prospekti Bakı şəhərinin ən vacib nəqliyyat dəhlizlərindən biridir. Belə ki, bu prospekt Binəqədi şosesinə birləşərək şəhərin tam mərkəzinə (Neftçilər prospektinə) qədər davam edir. 
Keçmişdə prospektin tam uzunluğunda ikitərəfli hərəkət təşkil olunmuşdur.
Lakin 1980-ci illərdən etibarən bu küçə Həsən Əliyev küçəsi ilə kəsişmədən sonra mərkəz istiqamətində bu prospektdə birtərəfli hərəkət təşkil olundu. 
Bununla yanaşı hərəkətə əks istiqamətində avtobus zolağı var idi, bu zolaq isə 1990-cı illərdə ləğv olundu, avtobuslar isə Azadlıq prospektinə paralel ona dar küçələrlə getməli oldu. Hal hazırda küçənin görkəmi belədir:
Nəticədə məsələn 88 saylı avtobusun bu ərazidən gediş və gəliş trayektoriyası bu şəkildədir.
Bu cür gediş və gəliş trayektoriyası bu avtobus marşrutundan istifadəni çətinləşdirir və xidmət səviyyəsini pisləşdirir. Belə halların baş verməsi arzuolunmazdır və belə halları imkan dairəsində həll etmək lazımdır. 

Problemin hansı həll yolları var?

Birinci növbədə Azadlıq prospektinə Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq Bakıxanov küçəsi ilə kəsişməyə qədər ikitərəfli hərəkəti bərpa etmək lazımdır. Bu ərazidə Azadlıq prospekti kifayət qədər genişdir və burada iki tərəfli hərəkətin fəsadları olmamalıdı.

Bakıxanov küçəsi ilə kəsişmədən 28 May metrosuna qədər isə burada hərəkətə əks avtobus zolağı zəruridir. 

1 comment:

  1. Axirinci shekilde Dublin Bus-a gore Like:) Birde Azadliq prospektin əks istiqamətində avtobus zolağı 2004cu ilde yigishdirilib. Kechmish Japaridze parkin qabaginda da boyuk dayanacag var idi.

    ReplyDelete