Boqota
şəhərində nəqliyyat
Boqota şəhəri Cənubi Amerikada yerləşən Kolumbiyanın
paytaxtıdır. Kolumbiya o qədər də varlı dövlət deyil və adam başına düşən ÜDM-yə
(PPP) görə Azərbaycanla demək olar eyni səviyyədədir. Boqota şəhərinin əhalisi 8 milyona bərabərdir, sahəsi isə Bakının
inzibati ərazisindən daha kiçikdir.
Boqotanın böyük problemləri var, bu əsasən yoxsulluq, gecəqondu evlər, infrastrukturunun aşağı səviyyəsidir. Boqota dünyanın ən tıxaclı şəhərlərindən biridir, lakin bu şəhər tıxaclarla özünəməxsus şəkildə mübarizə aparır. 1997-ci ildə Enrike Penyalosa Boqota şəhərinin meri seçilir və bu hadisədən sonra şəhərdə sürətli dəyişikliklər baş verməyə başladı.

Enrike Penyalosanın məşhur sitatları:
“Qabaqcıl şəhərlərin geridəqalmış şəhərlərdən fərqli edən metropoliten və yollar deyil, keyfiyyətli piyada səkiləridir”.
“Qabaqcıl şəhərlərin geridəqalmış şəhərlərdən fərqli edən metropoliten və yollar deyil, keyfiyyətli piyada səkiləridir”.
“Tıxaclarla
mübarizənin yeganə üsulu- avtomobil istifadəsinin məhdudlaşdırılmasıdır. avtomobil istifadəsinin məhdudlaşdırılmasının həll
yolu isə parkinqin məhdudlaşdırılmasıdır”.
“Avtomagistralları
olan şəhəri sivil adlandırmaq düzgün deyil, lakin əgər şəhərdə uşaq velosipedlə
hər yerdə təhlükəsiz və rahat hərəkət edə bilirsə belə şəhəri sivil adlandırmaq
olar”.
Boqota şəhərinin
nəqliyyat sisteminə nəzər salaq. Boqotanın əsas ictimai nəqliyyat növü BRT
sistemidir. BRT-Bus Rapid Transit deməkdir, Türkiyədə bu sistemə Metrobus deyilir. Sistem mümkün qədər iritutimlu avtobuslar üzərində qurulur, onların yolu isə digər nəqliyyat vasitələrindən fiziki olaraq tam ayrılır. Ödəniş adətən dayanacaqlarda turniketlər vasitəsi ilə baş verir.
Bəli şəhərin metro və ya tramvay tikintisi üçün vəsaiti yoxdur, bu səbəbdən tam ayrılmış yollarla hərəkət edən sürətli avtobus seçilmişdir. Hazırda Boqota dünyada ən böyük BRT sisteminə malikdir.
Bəli şəhərin metro və ya tramvay tikintisi üçün vəsaiti yoxdur, bu səbəbdən tam ayrılmış yollarla hərəkət edən sürətli avtobus seçilmişdir. Hazırda Boqota dünyada ən böyük BRT sisteminə malikdir.
Şəhərin mərkəzində küçələr avtomobillər üçün
bağlıdır, burada yüksən tutumlu BRT avtobusları hərəkət edir.
Xüsusi diqqət velosipedçilərə ayrılıb. Şəhərin
geniş velosiped yolu şəbəkəsi var.
Bakıda bu cür pandusu görməyəcəksiniz
Sürətli magistral yol üzərindən keçid üçün bu cür piyada keçidi təşkil edilib, pilləsiz, rahat və əlçatan.
Kasıb məhəllələr təxminən bu cür yenidənqurulur.
No comments:
Post a Comment