London 2041-ci ilə qədər yol nəqliyyat
ölümlərinı sıfıra endirəcək
Son on ildə London şəhəri yol-nəqliyyat
hadisələrin qurbanlarının 50% azalmasına nail olmuşdu, lakin şəhərin meri Sadiq
Khan bununla qane olmaq istəmir. Khan bu yaxınlarda 2030-cu ilə qədər ölümlərin
və ağır xəsarətlərin 70% azalacağını və 2041 ilə qədər sıfıra enəcəyini
hədəflədi.
Uzun illərdi şəhər qəsdən şəxsi
avtomobil axınını azaldır, piyada zonalarını genişlədir və küçə sahələrini daha
çox avtobus və velosipedlər üçün ayırır. Bunun nəticəsində şəhər 2000-ci ildən
bəri yol nəqliyyat ölümlərin və ağır xəsarətlərinin 59% azalmasına nail
olmuşdur.
London
ardıcıl olaraq yol-nəqliyyat təlafarlarını və ağır xəsarətləri azaldır. Mənbə:
Transport for London
Sadiq Khanın təşəbbüsləri çox
təəssüratdlı və diqqət çəkəndir, bu istiqamətdə görülən işlərin çoxsu isə uzun
müddətdir ki, həyata keçirilir. Gəlin əsas təşəbbüslərə nəzər yetirək.
1. Saatda 20 mil (32 km/s)
zonaları
London bütün sahəsi 8 km2
olan məzkəzi zonada (giriş haqqı tələb edilən zonada) sürət məhdudiyyətini 32
km/s qədər azaldacaq. Şəhərin digər tərəflərində isə bu məhdudiyyat 37 yuxarı
riskli zonlararda və mərkəzlərdə tədbiq ediləcək.
2. Təhlükəsiz yol ayrıcları
Londonun nəqliyyat agetliyi (Transport
for London) şəhərdə 73 təhlükəli yol ayrıclarını müəyyən etmiş və onlardan
artıq 21 yenidən layihələndirmişdir. Khan ən çox problem yaradan yol ayrıcları
üçün 54 milyon funt sterlinq xərcləməyə
planlaşdırır və nəticədə daha 33 yol ayrıclarında işlər 2023-ci ilə qədər
yekunlaşacaq.
3. “Sağlam küçələr”
Hazırda London küçələrin piyadalar,
velosipedçilər və ictimai nəqliyyat üçün daha əlverişli və cəlbedici etmək üçün
əhəmiyyətli resurlar ayırır. Məqsəd şəhər küçələrində mexaniki nəqliyyat vasitərinin
dominatlığını azaltmaqdır. Avtobus və velosiped yollarına və zolaqlarına əlavə
olaraq tədbirlər planı küçələrdə skamyaların, ağacların və ictimai incəsənətin yerləşdirilməsini
nəzərdə tutur. 2041-ci ilə qədər məqsəd gündə 3 milyon və ya 10-15% avtomobil
səfərlərini azaltmaqdır
4. Təhlükəsiz nəqliyyat vasitələri
Yol-nəqliyyat ölümlərinə, xüsusi ilə
piyada və velosipedçilərin xəsarətlərinə və tələfatlarına təsir göstərən amil
iri nəqliyyat vasitələridir. London şəhərində ümumi nəqliyyat yürüşünün 5% iri
maşınlara aid olmasına baxmayaraq, velosipedçilərin iştiraki ilə baş verən ölüm
hadısələrin 50% iri nəqliyyat vasitələrinin payına düşür.
London iri avtomaşınlarının daha
təhlükəsiz dizaynına yönəlmiş standartların qəbul edilməsi üçün çox böyük səy
göstərir. Şəhər bu mövzuda avtobus və yük maşınlarının istehsalçıları ilə
işləyir və sürəti məhdudlaşdıran
texnologiyaların və təhlükəsiz ön hissələrin tədbiqi üçün çalışır. Nəticədə
avtobusların törətditi ölünlə nəticələnən qəzalara 2030-cu ilə kimi son
qoyulmalıdır.
Digər problem isə yük maşınlarının kor
zonaları və digər təhlükəli olan amilləri nəzərdən keçirilir. Şəhər yük
maşınları üçün 5 ulduzlu reytinq işləyib yaratmışdır. 2019-ci ildən etibarən
aşağı reytinqli yük maşınları şəhərin küçələrinə buraxılmayacaq.
5. Məsuliyyətli polis
London hüquq pozuntuları ilə mübarizədə
təmami ilə yeni yanaşma tədbiq edəcək. Şəhərin strateji məqsədləri daha çox
zərər gətirən sürücüləri hədəfləyir. Məsələn, təkrarən sərxoş halda maşın idarə
edən və ya telefonla ismarıc yazan sürücülərə qarşı ciddi tədbirlər görüləcək.
Londonun polis departamenti daxində
“Ağır Qəzaların Araşdırması Bölümü” adlı struktur vahidi yaradıb. Bun struktur
vahidinin işo ancaq ciddi qayda pozuntuları nəticəsində baş vermiş hadisələri
araşdırmaqla məhdudlaşmır, eyni zamanda onun işi belə hadisələrənin səbələrini
öyrənir və şəhərə bu kimi hadisələrin baş verməməsi üçün kömək edir.
No comments:
Post a Comment