Monday 15 October 2018


Nəqliyyat İnqilabı 


İllər sürən nisbi durğunluqdan sonra, nəqliyyat dünyası bir neçə inqilabın zirvəsindədir. Onlardan üç ən böyüyü aşağıdakılardır:
Elektrikləşdirmə: daxili yanacaq mühərriklərikli nəqliyyat vasitələrindən elektrik nəqliyyat vasitələrinə keçid.
Avtomatlaşdırma: insan tərəfindən idarə olunan nəqliyyat vasitələrindən öz-özünü idarə edən avtomatlaşdırılmış nəqliyyat vasitələrinə keçid.
Paylaşaraq idarəetmə (ride share): tək yerli şəxsi nəqliyyat vasitələrindən paylaşılan avtomobillərə, furqonlara, kiçik və böyük avtobuslara keçid.
Bu trendlərin necə reallaşacağına dair söhbətlər gedir. Onlar bir-birinə necə təsir edəcək və mövcud infrastrukturla necə əlaqədə olacaq. Urbanistlərin fikrincə nəqliyyat inqilabının iki bir-birinə əks nəticəsi ola bilər: maşının və parklanmanın daha az, piyadalar və velosipedlər üçün daha çox yerin olduğu cənnət və ya daha çox maşının olduğu, məsafələrin daha da uzandığı və şəhərlərin daha geniş ərazilər boyu yayıldığı cəhənnəm. Hadisələrin inkişaf istiqaməti texnologiyadan asılı deyil. Bu bizdən asılıdır- arzuladığımız gələcəyi müzakirə etmək və planlaşdırmaq istəyimizdən. Bazarın hər şeyi öz yerinə qoyacağına arxalanmayın.
Kaliforniya Davis Universiteti və Nəqliyyat və İnkişaf Siyasəti İnstitutu inqilabların necə işləyəcəyi üzrə bəzi rəqəmlər göstərməyə yönələn “Şəhər Nəqliyyatında Üç İnqilab” adlı hesabat dərc etmişdir.
İlk ssenari güman edir ki, status-kvo saxlanacaq. Daxili yanacaq mühərrikli şəxsi maşınlar dünyada dominant olmağa davam edəcək və inkişaf etməkdə olan ölkələrdə insanlar varlandıqca belə avtomobillərin sayı daha da artır.
İkinci ssenariyə iki inqilab daxildir- elektrikləşdirmə və avtomotlaşdırma. Əgər 2016-cı ildə 750.000 elektrik maşını satılıbsa, 2020-ci ilə qədər bu rəqəm 5 milyon olacaq. İdarəetmənin tam şəkildə avtomotlaşdırılması 2020-ci ilə qədər kommersiya məhsuluna çevriləcək və 2025-ci ildə yayılacaq. Bu cür avtomobillərin qiyməti 2040-cı ilədək kəskin şəkildə azalacaq və satışların əsas payı avtonom elektrik avtomobillərinə düşəcək. Atmosferə buraxılan hidrokarbon emissiyası azalacaq. Buna baxmayaraq, bu ssenari güman edir ki, paylaşma geniş yayılmayacaq- nəqliyyat vasitələri özəl olaraq qalacaq və hətta yarıya qədər də dolmayacaq. Belə maşınları idarə etmək daha asan və rahat olduğu üçün səyahətlərin uzunluğu 10-15 faiz artacaq və yollarda olan maşınların sayı, demək olar ki, eyni qalacaq.
Üçüncü ssenaridə paylaşılan nəqliyyat (ride share) ümumi təcrübəyə çevriləcək və hökumət orqanları fəal olaraq multimodal səyahəti dəstəkləyəcək. Müxtəlif hərəkət növlərinin bir-birini tamamlayan bir harmonik nəqliyyat "ekosistem"-i yaradır. Özəl istifadədə olan maşınların sayı kəskin şəkildə azalır, maşınlar bir neçə insan tərəfindən istifadə olunur və onların sayı yollarda azalır.
Bir neçə əsas məqamı vurğulayaq. Birinci: elektrikləşdirmə zərərli emissiyalar, şəhər və nəqliyyatın paylaşılması problemini həll edir. İkinci ssenari seçimlərin 2900 meqaton qədər azalmasımı mümkün edir, üçüncüsü isə digər 1000 meqatom azaldır. Əgər 2050-ci ilə qədər hidrokarbon yanacağı olmadan elektrik əldə etməyi öyrənsək, o zaman nəqliyyat vasitələrinin iqlimə təsir etmə problemi aradan qalxacaq.
Buna baxmayaraq, şəhərlərimizin küçələrində olan maşınların sayını azaltmaq üçün biz paylaşılan nəqliyyat vasitəsinə keçməliyik. Son illərdə iqlim alimləri və urbanistlər əlaqənin bir neçə nöqtəsini aşkar etmişdir və bu böyükdür. Urbanistlər iqlim alimlərini inandırmağa çalışırlar ki, şəhərlərimizdə olan yüksək əhali sıxlığı emissiyaların azalmasına töhfə verəcək. Əslində bu belədir. Lakin, əgər sizin əsas məqsədiniz emissiyaları azaltmaqdırsa, urbanizç ən uyğun strategiya deyil. Əsas elektrikləşdirmədir.
İkincisi: cəmiyyətin fikrincə ən uyğun ssenari hökumətin maksimum dəstəyini tələb edir. Tədqiqatçılar müəyyən etmişdir ki, üçüncü ssenarinin daha böyük ümumi effekti var: daha az enerji, emissiya, maşın, daha çox multi modal səyahət və çox funksiyalı urban yerlər. Və bütün bunlar cəmiyyətə daha ucuz başa gələcək. Alimlər zərərli emissiyanın azalamasının faydalarını deyil, yalnız infrastruktur, işçi (sürücülərə artıq ehtiyac yoxdur!), sistemi saxlamaq və digər xərcləri nəzərə alırlar.
Üçüncüsü: yer azlığı nəqliyyatın paylaşılmasını tələb edir. Bu il urbanist Cef Spek ABŞ Merlərinin “Avtonom maşınlar: səhv suala düzgün cavab” adlı konfransında fantastik hesabat vermişdi. Səhv sual: maşınları necə yaxşılaşdırmaq olar? Düzgün sual: şəhərləri necə yaxşılaşdırmaq olar? Şəhərlərə gəldikdə isə, biz məkan azlığı problemi ilə üzləşirik.
Həqiqət ondadır ki, insanın dörd nəfərlik avtonom elektrik nəqliyyat vasitəsinin tək oturacağında oturacağında tutduğu yer, daxili yanacaq mühərrikli dörd nəfərlik maşında bir insanın tutduğu yerlə eynidir. Urbanist Cared Volker bu haqda bunu qeyd edir: “Məkan azlığı şəhərlərin müəyyənləşdirici amilidir. Bu, onları şəhər ətraflarından və kəndlərdən fərqləndirir. Buna görə də nəqliyyatda məkanların səmərəli istifadəsi hər zaman ən vacib məsələ olacaq.”
Hesabatın müəllifləri vurğulayır ki, paylaşma deyərkən, onlar təkcə Uber və Lyft kimi xidmətləri nəzərdə tutmurlar. A nöqtəsindən B nöqtəsinə fərdi səfərlər problemi həll etmir. Nəzəriyyədə avtonom elektrik maşınları daha səmərəli sürücülük vasitəsilə məkan azlığını azalda bilər, amma bu, maşınların sayının özlüyündə artmasını kompensasiya etməyəcək. Məkan çatışmazlığının yeganə həlli metrolarda və avtobuslarda olduğu kimi bir neçə insanın eyni avtomobili paylaşmasıdır. Əgər bir avtonom maşınların şəhərləri yaxşılaşdırmasını istəyiriksə, onlar digərlərini əvəz etməməlidir, ictimai nəqliyyatın səmərəliliyini gücləndirməlidir.
Hesabatın müəllifləri gələcəyi belə təsvir edir: avtobuslar və dəmiryolu nəqliyyatı nəqliyyat sisteminin əsasını təşkil edir və 12-18 insan üçün olan avtonom elektrik maşınları köməkçi kimi istifadə edilir. Fəal şəkildə istifadə olunan və parklanmada az vaxt keçirən az sayda maşınlar yollarda və parklanma yerlərində yer tutmayacaq və həmin yerlər səkilərə, velosiped zolaqlarına və ictimai ərazilərə çevrilə bilər. Özəl maşınlardan azad olmaq ildə trilyon dollar qazandıracaq.

Mənbə: vox.com

No comments:

Post a Comment