Böyük şəhər və parkinq
Son
zamanların ən böyük mübahisə yaratdığı məsələ Bakı şəhərinin bəzi mərkəzi küçələrində
dayanma və durma üzrə qayda pozuntuların avtomatik rejimdə (kameralar vasitəsilə)
cirimələrin yazılması oldu. Qanunsuz parklanmanın qarşısının alınması illərcə
müzakirə olunan mövzu olub, cünki məhz qanunsuz parklanma şəhərin bir çox
yerində xoşagəlməz mənzərə, sıxlıq və tıxac yaranıb. Eyni zamanda, cərimələrin
avtomatik rejimdə bir sıra nəqliyyatla və şəhər faəliyyəti ilə əlaqəli problemləri
üzə çıxardı. Bilindi ki, şəhərin bir çox yerində dayanma və durma qadağandır və
küçələrdə hətta sərnişin düşürtmək və mindirmək qayda pozuntusudur. Elə bu səbəbdən bu duruma ən çox narazılıq edən taksi sürücüləri oldu, onlar müştərilərin minmək və
düşmək istəyi ilə üz-üzə qaldılar. Əvvəllər bu problem demək olar ki, mövcud
deyildi, çünki DYP bir çox qayda pozuntularına göz bağlayırdı və yalnız ən məzkəzi
prospektlərdə (o da ki, gündüz vaxtı və pik saatlarında) dayanma, durma və
parklanmaya həqiqətən nəzarət edirdi, bu səbəbdən yol qırağında hansı nişanın
olması o qədər də əhəmiyyətli deyildi. Bir sözlə hamı bir birini bir təhər yola
verirdi.
Bəs problem nədədir? Qanunların sərtliyi? Küçələrdə yol hərəkərinin düzgün olmaması? Bəlkə sürücülərin pis vərdişləri və nizamsızlığı? Böyük şəhərlərdə parklanma məsələsi mürəkkəb məsələdir, bunu başa salmağa çalışacam.
Bəs problem nədədir? Qanunların sərtliyi? Küçələrdə yol hərəkərinin düzgün olmaması? Bəlkə sürücülərin pis vərdişləri və nizamsızlığı? Böyük şəhərlərdə parklanma məsələsi mürəkkəb məsələdir, bunu başa salmağa çalışacam.
Nəqliyyat
infrastrukturunun inkişafına və dayanıqlı mobilliyə dair müasir yanaşmada park
edilmiş avtomobil prioritetlərdə son yer tutur. Lakin, şəhərin biznes mərkəzi
haqqında danışarkən, parklanma yerlərinin nəzərə alınmaması da mümkün deyil. Şəhərdə
nə qədər gözəl ictimai nəqliyyat və piyada zonaları olursa olsun, şəhəri
avtomobil nəqliyyatı olmadan təsəvvür etmək olmaz və deməli bu avtomibillərin
parklanmanması üçün yer lazımdır.
Dünyanın
hər hansı bir iri şəhərinin mərkəzi hissəsində, parklanmaya olan tələbat təkifdən
çox daha yüksəkdir. Bu vəziyyəti öz öhdəsinə buraxmaq düzgün deyil, çünki mərkəz
iflic olanda və parklanma yerləri olmadığda bu şəhərin iqtisadi fəaliyyətinə
pis təsir göstərəcək.
Şəhərin
parkinq idarəçiliyinin əsas komponentləri aşağdakilardır:
- Hədəf auditoriyanın müəyyən edilməsi
- Şəhərin bütün nəqliyyat növləri arasında inteqrasiya
- Küçə sahəsinin düzgün planlaşdırılması və prioritetlər
- Dəqiq və analaşıqlı parklanma qaydaları
- Parkinq ödənişlərinin toplanması üçün işlək bir sistem
- Və yalnız sonra nəzarət, təmbeh, cərimə, evakuasiya və sair
Dayanma, Durma və parklanma
Yol
hərəkəti qaydalarında iki anlayış mövcuddur: dayanma və durma.
Dayanma. Sərnişinləri düşütmək/mindirmək
və ya yükləri boşaltmaq üçün edilən hərəkətlərə dayanma deyilir və adətən 5 dəqiqədən
çox çəkməməlidir. Bakı şəhərində durmanı qadağan edən lakin qısamüddətli dayanmaya
icazə verilən küçələr çox azdır. Əslində,
qısamüddətli dayanma üçün bir çox yerlərə ehtiyac var: uşaqları məktəblərə və
uşaq bağçalarına çatdırmaq, yükləri çatdırılmaq,
taksilər, sərnişinləri götürmək. Nəqliyyat qovşaqlarıda və ya hablarda, qısamüddətli
dayanacaqlara xüsusi ehtiyac yaranır bu növ dayanacaqlar inqiliscə Kiss & Ride deyilir.
Durma və ya parklanma. Parkinqin idarə edilməsi baxımından,
bir neçə istifadəçi kateqoriyası ilə seçilir.
- Şəhərin mərkəzi hissəsinə işləmək üçün avtmobillə gələnlər, onların üzunmüddəli parknlanmaya ehtiyacı var. Bu tip istifadəçilərin arasında şəhərətrafl ərazilərdə yaşanlar da çoxdur. Əslində bu kateqoriya şəhər üçün ən əlverişsizdir, şəhərin nəqliyyat siyasəti bu tip istifadəçiləri maksimal dərəcədə gündəlik avtomobil istifadəsindən imtina etməyi hədəfləməlidir.
- Digər bir kateqoriya, qısa səfərlər üçün maşın istifadə edənlərdir, yəni bir, iki və ya üç saat. Bu adətən şəhər daxilində iş səyahətlədir. Nəticədə eyni parklanma yerləri gün əzrində bir neçə avtomobil tərəfindən istifadə edilir.
- Üçüncü kateqoriya avtomobilin saxlanmasına aiddir. İdeal olaraq, avtomobilin saxlanması yol şəbəkəsindən kənarda yerləşən duracaqlarda həyata keçirilməlidir, amma buna baxmayaraq bir çox avtomobil ya binaların həyətində ya da yaxındaki küçədə gecələyir.
Qiymət siyasəti
Bəzi sürücülər arasında parkinqin hər kəsə və hər yerə
pulsuz və əlçatan olması və şəhərin bunu təmin etmək üçün öhdəlik daşıdığı
haqqında bir fikir var. Avtomobilləşmə səviyyəsi yuxarı olan ölkələrdə bu cəhv
olub, lakin parkinqə o qədər məkan və ərazi tələb edilir ki, binaları sökmək,
qazonları asfaltlamaq, səkiləri isə daraltmaq lazım olurdu. Yəni şəhər üçün bu
faciəvi nəticələrə gətirir, çünki şəhərdə sahə ən məhdud resursdur, parklanma
yerləri isə bu resursların ən səmərəsin istifadəsidir. Eyni zamanda bu kimi
siyasət avtomobilləşmənin və avtomobil isitifadəsini stumullaşdırdığı üçün şəhərdə
şiddətli tıxaclar baş verir. Bu səbəbdən
ödənişli parkinq tələbi idarə etmək üçündür, sadəcə qazanc mənbəsi deyil.
Niyə görə ödənişli parklanma qaçırılmazdır?
- Əslində heç nə pulsuz olmur. Əgər hər hansı bir nemət istifadəçilərə pulsuz başa gəlirsə bu demək deyil ki, heç kim bununla əlaqədar xərləri çəkmir. Parklanma pulsuz olanda bunun zərərini bütün cəmiyyət çəkir, dolayısı ilə maşın sürməyənlər sürücüləri subsidiyalaşdırırlar. Əslində isə avtomobili harada parklanması onu sürən fərdin şəxsi problemidir, çünki o öz mülkiyyətinə cavabdeh olmalıdır.
- Heç kimə maşınla birlikdə istənlən yerdə 10 m2 torpaq verilmir. Şəhər torpağı məhdud resursdur və itənilən halda hamının avtomobili üçün yer qalmayacaq
Yalnız güclü nəzarət tədbirləri kifayət etməyəcək və problemləri həll etməyəcək. Parklanma
pulsuz olsa, lakin nəzarət güclü təşkil edilsə, yəni qaydaları pozanlar effektiv
sürətdə cərimə olunsa yenə də məsələ həll olunmur. Tutaq ki, parklanma yerinə ən
tez gələn sürücülər avtomobillərini pulsuz saxlayacaqlar. Lakin daha
gec gələnlər nə edəcəklər? Onlaq artıq gəliblər və avtomobili saxlamaq üçün
müxtəlif üsullarda istifadə edəcəklər və qayda pozuntularının sayı və şiddəti
yenə də artmış olacaq.
Ödənişli parklanma hansı problemləri həll edir?
- Böyük şəhərlərdə küçə,yol və parklanma sahəsi məhdud resursdur və bu resursa onlan tələb təklifdən həmişə böyük olur, yəni parklanacaq avtomobillərin sayı mövcud parklanma yerlərindən azdır. Düşünün, əgər bir fərd şəhərin mərkəzində yerləşən bir ofisdə çalışırsa, onun işə gəldiyi avtomobili saxlamaq üçün də sahə lazımdır. Bu sahə işçiyə ofisdə ayrılan sahədən bir çox halda daha böyük olur, yəni avtomobilə tələb olunan yer ortalama iş yerindən daha böyükdür və təbii ki hamıya yer çatmır. Parklanmaya tədbiq edilən qiymət məhz tələb və təklifi təmzimləyir.
- Şəhərlər ödənişli parklanma tədbiq edərək avtomobil istifadəsini azaldırlar və şəhərlərdə tıxacları azaltmış olurlar. Şəhərlər ödənişli parklanma sürücüləri avtomobillə gündəlik səyahətlərdən yayındırmaq məqsədi daşıyır və onları ictimai nəqliyyatla, piyada və velosipedlə hərəkət etməyi stimullaşdırır.
- Şəhərlər ödənişli parklanmadan əlavə vəsait əldə edərək, bu pulla ictimai nəqliyyatı məliyyələşdirir və abaqlıq işləri üçün sərf edirlər.
- Uzunmüddətli parklanma daha baha olduğu üçün parklanma yerlərinin istifadə dövriyyəsi artır və dolayısı ilə şəhərdə fəallıq artmış olur.
Qiymət
hansı prinsiplərlə formalaşdırılmalıdır?
- Küçə parkiqlərində qiymət elə olmalıdır ki, yerlərin 10-15%-i həmişə boş olsun.
- Küçədənkənar parkinqlər küçə parkinqində daha ucuz olmalıdır. Bu faktor həm də sürücüləri üzunmüdətli parklanma ehtiyacı olanda məhz küçədənkənar yerlərdə parklanmağa stimulasiya edir, həm də şəhərin məhdud ərazisinə qənaət edir.
- Küçələrdə uzunmüddətli parklanma qeyri-proporsional şəkildə daha olmalıdır. Bu addım bütün iş günü ərzində parkmanmaq kimi davranışı dəyişməyə vadar edir.
No comments:
Post a Comment