Prinsip2: Ictimai Nəqliyyat yönümlü Şəhərsalma
Keçən yazıda Bakı
şəhərinin əhali sıxlığı və onun şəhərsalma strukturundan danışdıq. Müəyyən
olundu ki, Bakının mərkəzi hissələri kütləvi maşın istifadəsinə uyğun deyil,
lakin şəhər ətraflarının az sıxlıqlı inkişafı şəxsi avtomobillərdən istifadəni stimullaşdırdığına
görə əhəmiyyətli nəqliyyat problemləri əmələ gəlir.Bəs şəhər dayanıqlı nəqliyyat baxımımda hansı paradiqma ilə inkişaf etməlidir? Bu İctimai Nəqliyyat yönümlü Şəhərsalmadır (Transit Oriented Development və ya TOD) və Dayanıqlı Nəqliyyat Prinsiplərindən ikincisidir.
TOD çoxfunksiyalı, qarışıq torpaq istifadəsini ehtiva edən (yəni yaşayış, iş, təhsil, mədəni və sair funksiyalarını birləşdirən şəhər zonaları), ictimai nəqliyyata rahat çıxışı olan, piyada və velosipedlər üçün əlverişli şərait yaradılan şəhərsalma prinsipidir. TOD şəhərsalma konsepsiyasının mərkəzində nəqliyyat stansiyaları yerləşir, bu dəmir yolu və ya metro stansiyası ola bilər. Nəqliyyat qovşaqları piyadalar üçün əlçatan olmalıdır və ictimai nəqliyyat istənilən yerdən 400-800 metr məsafədə yerləşməlidir.
Sovet dövrünün əvvəllərində Bakı şəhərinin inkişafı müasir TOD prinsiplərinə uyğun həyata keçirilirdi. Lakin 60-cı illərdən sonra çoxfunksiyalı, qarışıq şəhərsalma prinsipi pozulmağa başladı. O dövrlərdə tək, ancaq yaşayış funksiyalı mikrorayonlar tikilməyə başladı. Lakin mobillik baxımından belə mikrorayonlarda ictimai nəqliyyat yönümlü idi, çünki sovet dövrünün avtomobil sahibliyi dərəcəsi bir çox səbəbdən çox aşağı idi.
Lakin
son dövrlərdə şəhərətrafı qəsəbələr sürətlə böyüməyə başladılar, belə zonalar
isə təbii olaraq tək funksiyalı şəhərsalma nümunəsidir. Mobillik baxımından belə
zolanar avtomobildən və ya aşağı keyfiyyətli avtobus xidmətindən asılıdır. Gələcəkdə Bakı şəhəri mütləq TOD prinsiplərini
nəzərə almalıdır.
No comments:
Post a Comment