Prinsip 1: Sıx və insan miqyasına uyğun şəhərsalma
Gəlin
şəhərsalmanın və nəqliyyatın əlaqəsinə nəzər yetirək. Bu iki amil bir birindən
çox asılıdır.
Dayanıqlı
Şəhər nəqliyyatının birinci prinsipinə baxaq. Bu prinsip deyir ki, şəhərsalma
sıx və insan miqyasına uyğun olmalıdır.
Çox
adam Bakı şəhərininin nəqliyyat problemlərini
şəhərdə son illərdə çoxmərtəbəli binaların tikintisi ilə əlaqələndirir. Amma bu
faktorun şəhərin ümümi nəqliyyatına çox az effekti var. Birinci effekt həyətyanı sahələrdə parkinqlərin
az olmasıdır ki, bu da yaşayış binaların ətrafında xaotik parklanmaya səbəb olur. Həyətyanı
sahələrdə xaotik parkinqin ümumi nəqliyyat
axınına və tıxaclara təsiri çox kiçikdir və daha çox yaşayış keyfiyyətinə təsir
edir. Digəri problem isə sırf memarlıq estetikası(yəni binaların eybəcərliyi), insan
komfortu və miqyası ilə əlaqəlidir. Yəni çoxmərtəbəli binaların tikintisi yenə
də yaşayış keyfiyyəti ilə əlaqəlidir.
Bakı
şəhərinin əsl problemi isə onun kənd və qəsəbələrin ifrat böyüməsi ilə əlaqəlidir.
Bakı şəhərinin inzibati ərazisi 2,188 kvadrat kilometr təşkil edir.
Ancaq
bu hələ hamısı deyil: Abşeron rayonunun əhəmiyyətli hissəsi və Sumqayıt şəhərinin
ərazisi Bakı şəhəri ilə aqlomerasiya təşkil edir. Bu aqlomerasiyanın əhali
sıxlığı çox müxtəlifdir. Əgər Bakı şəhərinin mərkəzi hissəsində əhali sıxlığı 1
kvadrat kilometrə 10 min sakinə yaxındırsa (bu isə Avropa şəhərlərinin
sıxlığına yaxındır), aqlomerasiyanın digər hissələrində (Sumqayıt və Xırdalanı
çıxmaqla) əhali sıxlığı on dəfədən çox (1 kvadrat kilometrə 600-700 ) azdır.
Az
sıxlıqlı əraziləri keyfiyyətli ictimai nəqliyyatla təchiz etmək çox çətindir və
belə ərazilər təbii olaraq individual mobillikdən (yəni şəxsi avtomobillərdən)
asılı olur. Artıq bildiyimiz kimi Bakı şəhərinin küçə və yol şəbəkəsi kütləvi avtomobil
istifadəsinə uyğun deyil və quruluşuna görə uyğun ola da bilməz. Hal-hazırda
Bakı şəhərində nəqliyyat kollapsının qarşınını ancaq əhalinin nisbətən yoxsul
olması və çoxluğun özünə şəxsi avtomobil almaq imkanında olmaması saxlayır. Ən əsası,
şəhərlərin yoxsul təbəqəsinin şəxsi avtomaşın almağa imkanı çatmadığına görə,
bu cür insanlar təhlükəsiz və effektiv ictimai
nəqliyyatdan məhrum olurlar.
Bu vəziyyətdə nə etməli?
İctimai nəqliyyatı,
yəni şəhərətrafı dəmir yollarını və şəhərətrafı avtobus xidmətlərini mümkün qədər
inkişaf etdirmək. Bakı ətrafında olan qəsəbələrdə nəqliyyat qovşaqları
yaradılmalıdır. Belə qovşaqlarda dəmir yolu stansiyaları, Park&Ride və avtobus terminalları olmalıdır.
No comments:
Post a Comment