Prinsip 5: Avtomobil istifadəsinə
nəzarət
Dayanıqlı Şəhər Nəqliyyatının 5-ci prinsipi
Avtomobil istifadəsinə nəzarət adlanır.
1980-ci illərdən başlayaraq şəhər nəqliyyatı
haqqında elmi araşdırmalar elə qənaətə gəlmişdilər ki, avtomobil səyahətləri
iqtisadi nöqtəi-nəzərdən ən səmərəsiz mobillik növüdür. Şəxsi Avtomobildən istifadə digər nəqliyyat növlərindən fərqli olaraq
bütün cəmiyyətə baha başa gəlir. Maşın sahiblərinin birbaşa xərclərindən əlavə
şəhərdə avtomobil istifadəsi bir sıra dolayı xərcə səbəb olur, bunlar isə bütün
cəmiyyət tərəfindən pul formasında və ya qeyri pul formasında ödənilir.
Birbaşa xərclərə aşağıdakilar aiddir:
• Yanacaq və parklanma xərcləri (parklanmanın real dəyəri tam olaraq ödənilmir)
• Avtomobilin aşınması, təmiri, vergilər və sığorta xərcləri
• Yanacaq və parklanma xərcləri (parklanmanın real dəyəri tam olaraq ödənilmir)
• Avtomobilin aşınması, təmiri, vergilər və sığorta xərcləri
Avtomobil istifadəsi üçün zərüri olan
və bütün vergi ödəyiciləri tərəfindən ödənilən xərclər:
• Yolların tikintisi, təmiri və istismar xərcləri. Ödənilən yol vergiləri bu xərcləri qarşılamır
• Yol hərəkətinin təşkili xərcləri
• Yol polisinin xərcləri
• Yolların tikintisi, təmiri və istismar xərcləri. Ödənilən yol vergiləri bu xərcləri qarşılamır
• Yol hərəkətinin təşkili xərcləri
• Yol polisinin xərcləri
Bundan əlavə cəmiyyət üçün xərc və zərər
yaradan bir sıra dolayı faktorlar var:
• Tıxaclar
• Səs çirklənməsi
• Havanın çirklənməsi
• Yolların və parkinqlərin tikintisindən yaranan şəhər mühitinin pisləşməsi
• Piyada hərəkətinə zərər
Bunların hamısının real iqtisadi qiyməti var. Yollar havayı tikilmir, onlar vergilərdən yığılar vəsaitlə tikilir. Tıxacların cəmiyyətə verən zərərində qiyməti var, onlar vətəndaşların vaxtını alır. Yol polisinin fəaliyyəti də dövlətə (yəni bütün cəmiyyətə) xərc hesabına əmələ gəlir.
Şəhər mühitinin pisləşməsini və piyada hərəkətinin əngəllənməsini pulla ifadə etmək çətindir. Avtomobil sahibinin rahatlığı üçün sakinlərin şəraiti pisləşirsə deməli cəmiyyətin müəyyən hissəsinin zərəri yaranır.
Şəhərdə parkinq üçün yol sahəsindən daha çox yer tələb edilir, torpaq sahəsi isə şəhərdə ən məhdud resursdur. Parkinq infrastrukturu çox baha başa gələr və şəhər mühitinə mənfi təsir göstərir.

Bundan əlavə avtomobil sayahətlərinin
çoxluğu şəhər torpağının ən səmərəsiz istifadəsidir. Bakı şəhərində isə ən
yaxşı halda gündəlik səyahətlərinin ancaq 30% avtomobillə edilir, amma yol-küçə
sahəsinin 70% faizindən çoxu avtomobillərə verilib.
Bu səbəblərdən şəhərlər avtomobil
istifadəsinə nəzarət edirlər.
Bir necə nəzarət metodları var:
1
İnzibati metodlar. Bəzi şəhərlər
(məs. Sinqapur) hətta avtomobil sahibliyinə nəzarət etməyə çalışırlar və yeni
avtomobil qeydiyyatına məhdudiyyət tətbiq edirlər. Bundan əlavə avtomobillərin
gündəlik istifadəsinə nəzarət edilə bilər. Məsələn: həftənin tək günlərində
ancaq tək qeydiyyat nömrəli maşınlar istifadə oluna bilərlər.
2
İnfrastruktur metodları. Bəzi
şəhərlər yol sahəsini azaltmağa, parkinq yerlərinin ləğv edilməsinə, piyada
zonaların yaradılmasına cəhd edirlər. Yəni maşınlar üçün fiziki olaraq yer
azalır.
3
İqtisadi metodlar. Bura ödənişli
parkinq və şəhərə ödənişli girişin tətbiqi daxildir. İqtisadi metodlar ən
səmərəli tənzimləmə metodları sayılır. Bunlar haqqda daha ətraflı danışacağıq.
No comments:
Post a Comment