Ayrılmış
Avtobus Zolaqları
Bəli,
Bakıda artıq ayrılmış avtobus zolağı da var. Son vaxtlar bu barədə mediada və
sosial şəbəkələrdə çoxlu müzakirələr gedir. Bundan əlavə bu zolağın tələbini
pozanlar da çoxdur. Məsələn aşağıdaki şəkil son günlərdə məşhur oldu:
Bəs avtobus zolaqları nə üçün lazımdır?Keyfiyyətli ictimai nəqliyyatın əsas göstəricisi onun sürəti və hərəkət intervalların tezliyidir (Keyfiyyətli ictimai nəqliyyatın meyarları haqqında burada) Avtobus daşımaların sürətinin aşağı düşməsinin və hərəkət intervallarının pozulmasının səbəbi əsasən tıxac və hərəkət sıxlığıdır.
Avtobuslar tıxacda |
Qarışıq hərəkətdə avtobuslar |
Ümumiyyətlə avtobusun tıxacda qalması şəhər nəqliyyatında ən böyük ədalətsizlikdir,
çünki avtobus minik avtomobilindən ən azından 30-40 dəfə daha çox sərnişin
daşıyır.
Ayrılmış
zolaq isə avtobusa yolda prioritet verərək ictimai nəqliyyat sistemini istifadəçilər
üçün daha cəlbedici edir, xidmətin sürətini və etibarlığını artırır. Bundan əlavə ayrılmış avtobus zolaqları küçələrin
nəqliyyat səmərəliyini artırır, yəni küçədən
verilmiş zaman kəsiyində daha çox sayda insan keçə bilir.
Təbii
ki, yarım saatdan bir keçən avtobus üçün ayrılmış zolaq lazım deyil, çünki bu səmərəli
bir addım deyil.
Küçədə tıxac var, amma trolleybus maneəsiz keçir |
Ayrılmış avtobus zolaqları necə
təşkil olunmalı?
Avtobus zolağı sadəcə
xətlənmə deyil və bunu anlamaq lazımdır. Əgər belə zolaqlara digər nəqliyyat
vasitələrin girməməsi təmin oluna bilmirsə, zolaqların səmərəliyi sıfıra yaxın
olacaq. Bir çox halda
avtobus zolaqlarının effektiv təşkil edilməsi üçün küçələr yenidən layihələdirilməlir,
məsələn bu cür:
Digər çox vacib məsələ ondan ibarətdir ki, Bakı şəhərinin marşrut şəbəkəsi səmərəli
sərnişindaşıması təmin etmir. Ayrılmış avtobus koridorlarının təyin edilməsi və
effektiv işləməsi marşrut şəbəkəsinin optimallaşdırılmasını tələb edir. Bu
haqda ətraflı şəkildə burada oxumaq olar.
Digər
nəqliyyat vasitələrin ayrılmış zolağa girməməsini təmin etmək üçün belə
zolaqları bəzən fiziki baryerlərlə ayırmaq lazımdır.
Həmçinin
zolaqların fərqli rənglə (rəngli asfaltla) ayırmaq da yaxşı effekt verir.
Avtobus zolaqlarının təşkilində ən problemi yer yol ayrıclarıdır. Avtobus
zolaqları olan küçələrlə kəsişən ikinci dərəcəli küçələrdə müvafiq nişanlar
olmalıdır. Məsələ bu nişan məhz ikinci
zolağa dönməyə əmr edir. (həm də sağ zolağın avtobus üçün ayırdığını göstərir)
Yol
ayrıcı problemini həll etmək üçün avtobus zolaqlarını küçənin mərkəzindən
salınması da nəzərdən keçirilə bilər. Belə həll yolu daha səmərəlidir, lakin hər
küçədə mümkün deyil.
amma Velosiped yoluna nezer alsaz yaxshi olar
ReplyDelete