Bakı şəhərində küçələri necə təmir edirlər.
Küçələrin təmiri onları daha yaxşı etmək üçün
gözəl şans yaradır, amma reallıqda küçələrin təmiri hərəkət zolaqlarında
asfaltın yenilənməsi ilə bitir, amma piyada infrastrukturuna qalıq prinsipi ilə
yanaşılır. Bu cür yanaşma yaşayış kvartallarında tətbiq olunanda bu bir sual
yaradır: şəhər kimin üçündür? Maşınlar və ya insanlar üçün?
Misal üçün bir küçəni götürək. “Azəravtoyol”
ASC-nın internet saytı deyir ki: “Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC
tərəfindən aparılan kompleks
tədbirlər çərçivəsində Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi tam olaraq təmir olunub”
Amma reallıq
necədir?
Əvvəlcə küçəyə peykdən baxaq:
Şəkildən görünür ki, küçə tam olaraq sıx
yaşayış zonasında yerləşir və təbii olaraq burada piyada hərəkəti intensiv
olmalıdır. İndi gəlin yer səviyyəsinə enək və şəkillərə baxaq
Bu şəkildə piyadaya verilən dəyər çox bariz şəkildə
görünür. Səki parkinqə çevrilib, piyada isə hərəkət hissəsi ilə getməlidir, yəni
5-6 maşının maraqları oradan keçən yüzlərlə insanların maraqlarından üstündür.
Burada səki yerli dibli yoxdur. Maşının
yoxdursa sən əziyyət çəkməlisən.
Eyni mənzərə digər yerlərdə də var:
Təbii ki, avtomobil yumaq sakinlərin rahat
gediş gəlişindən daha vacibdir.
Səki parkinq üçün lazımdır
Burada piyada dirəklə qucaqlaşmalıdır
Hər şey, bütün sahə avtomobil üçün. İnsan
asfalt tarlasında özünü xoşbəxt hesab edir.
Azəravtyol hesab edir ki, 1.5 metr enliyində piyada
səkisi “piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini” təmin
edir.
Məsələ ondadır ki, bu küçəni təmir zamanı daya
yaxşı və daha rahat etmək olardı. Niyə həmin Azəravtyol Bakı Ağ Şəhər layihəsində
normal, insana hörmət edən mühit yarada bilir, amma Nərimanov rayonunda bu cür
edə bilmir və ya istəmir. Ən pis hal odur ki, sakinlər və ictimaiyyət məsul
qurumlara “bu nədir tikmisiniz?” demir, əsas asfalt düz olsun, vəssalam.
No comments:
Post a Comment