Müasir təcrübəyə
arxalanan nəqliyyat siyasəti: 1-ci hissə
Şəhərin nəqliyyat funksiyası insanları istənilən A nöqtəndən istənilən
B nöqtəsinə çatdırmaqdan ibarətdir, yəni şəhər öz sakinlərinin mobilliyini təmin
etməlidir. Sakinlərin mobilliyi olmasa heç bir iqtisadi inkişafdan və şaxələnmədən
söz gedə bilməz. Mobillik ehtiyacları müxtəlif yollarla qarşılana bilər:
ictimai nəqliyyat, şəxsi avtomobil və taksi və hətta piyada (məsafələr qısa
olsa).
İri şəhərlərin əsas nəqliyyat problemləri
Bakı şəhərində bir çox meqapolislərdə olduğu kimi işgüzar və mədəni fəallıq
şəhərin mərkəzi hissələrində cəmləşir.
Bakı şəhərinin mərkəzi hissəsi |
Bu amil sakinlərin şəhərin ətraflarından və Abşeron yarımadasında
yerləşən qəsəbə və şəhərlərdən Bakının mərkəzi hissələrinə gündəlik səyahətlərinə
gətirib çıxarır. Bakı şəhərinin inzibati
ərazisi 2,188 kvadrat kilometr təşkil edir. Ancaq bu hələ hamısı deyil: Abşeron
rayonunun əhəmiyyətli hissəsi və Sumqayıt şəhərinin ərazisi Bakı şəhəri ilə
aqlomerasiya təşkil edir.
Bu aqlomerasiyanın əhali sıxlığı çox müxtəlifdir.
Sıx şəhər mərkəzi |
Əgər
Bakı şəhərinin mərkəzi hissəsində əhali sıxlığı 1 kvadrat kilometrə 10 min
sakinə yaxındırsa (bu isə Avropa şəhərlərinin sıxlığına yaxındır),
aqlomerasiyanın digər hissələrində (Sumqayıt və Xırdalanı çıxmaqla) əhali
sıxlığı on dəfədən çox (1 kvadrat kilometrə 600-700 ) azdır.
Şəhərətrafı ərazilər: burada əhali sıxlığı aşağıdır |
Sakinlərin əhəmiyyətli hissəsinin
gündəlik səyahətləri şəxsi avtomaşınlar ilə etməsi şəhərin yol şəbəkəsinə ifrat
yük yaradır. Bakı şəhərinin küçə-yol şəbəkəsi kütləvi (hətta avtomobil sahibliyinin indiki səviyyəsində)
avtomobil istifadəsinə uyğun deyil və tarixi quruluşuna görə uyğun ola da bilməz.
Hal-hazırda Bakı şəhərində nəqliyyat kollapsının qarşınını ancaq əhalinin nisbətən
yoxsul olması və çoxluğun özünə şəxsi avtomobil almaq imkanında olmaması
saxlayır.
İnkişaf etmiş ölkələrin iri şəhərlərində
və xüsusən Avropada ötən əsrin təxminən 60-cı illərində yol tıxacları problemi
müşahidə olunmağa başlamışdı. Bu problem əsasən avtomobil sahibliyinin həmin
illərdə geniş yayılması ilə əlaqəli idi.
1960-cı illərdə Avropada müşahidə edilən tıxaclar |
Problemin həlli, ictimai nəqliyyatın
inkişaf etdirilməsi, ondan istifadənin həvəsləndirilməsi və digər tərəfdən
sürücüləri şəxsi avtomobillərin gündəlik istifadəsindən çəkindirmək siyasəti
olmuşdur. İctimai nəqliyyat əhəmiyyərtli dərəcədə az şəhər sahəsi tələb edir və əhalinin mobilliyini iqtisadi baxımsan çox daha səmərəli təmin edə bilir.
Müasir nəqliyyat siyasətinin əsas prinsipləri.
Qısa şəkildə prinsipləri aşağıdakı "dəyərlər piramidası" ilə azah etmək olar:
Prinsip 1: Şəhərdə
hamı üçün rahat və əlçatan piyada infrastrukturu olmalıdır.
•
Şəhər
birinci növbədə piyadalar üçün rahat olmalıdır;
•
Şəhər
küçələrində tam maneəsiz və baryersiz mühit yaradılmalıdır;
•
Piyada
keçidlərinin yerlərinin təyin olunması prosesində insan axını nəzərə alınmalıdır.
Prinsip 2: İctimai Nəqliyyatdan istifadə həvəsləndirilməlidir.
•
Şəhər əhalisinin
mobilliyi birinci növbədə ictimai nəqliyyat
tərəfindən qarşılanmalıdır;
• İctimai nəqliyyat öz rahatlığı, sürəti, təhlükəsizliyi
və etibarlılığı ilə sərnişinləri cəlb etməlidir.
Prinsip 3: Şəxsi avtomobillərin istifadəsi xüsusi çəkindirmə
alətləri vasitəsi ilə azaldırılmalıdır.
•
Şəhər ödənişli
parkinq siyasətini tətbiq edərək sürücüləri iqtisadi metodlarla gündəlik
(xüsusi ilə pik saatlarında) avtomobil
istifadəsindən çəkindirməyə çalışmalıdır.
Selamlar, yazınızda verdiğiniz melumatlar ve nümuneler maraqlı olmaqla yanaşı, idareçilerin nezerde saxlaması gereken prinsiplere de istiqamet verir. Şeherde öz ulaşımımı umumiyyetle en effektiv şekilde temin etmeye çalışan bir Bakı sakini ve Türk Vetendaşı olarak, bizde de bu problemlerin helli vacibdir. Bakidaki vaziyyet gösterdiğiniz piramidanın tam tersine olmakla yanaşı, xalqın velosiped ile neqliyatı üçün şeher rekrasiya alanları xaricinde yaradılmış bir şerait ve qanuni esas ne yazıq ki yoxdur. Xususiyle insanları velosipedle seyahat etmeğin imkan daxilinde olan bir fealiyet olduğuna inandırmaq, bu fealiyete teşviq etmek de çox vacibdir.
ReplyDeleteSalamlar!
DeleteDiqqət üçün sizə çox təşəkkür edirəm. Velosiped barədə bir neçə məqalə yazmağ kimi planlarım var. Velosiped şəhər nəqliyyatında çox vacib rol oynaya bilər və velosipedi mütləq təbliğ etmək lazımdır.