Bakıda kütləvi avtomobil istifadəsi niyə mümkün deyil?
Avtomobil
yönümlü şəhər necə olur? Biz belə şəhərləri ABŞ-da görə bilərik. Belə şəhərlərin
yol və küçə sahəsi şəhərin ümumi sahəsindən 30%-dən çoxunu təşkil edir. Belə şəhərlərə
avtomobil sahibliyi hər min nəfərə 700-800 avtomobil təşkil edir.
|
Avtomobil yönümlü şəhərin yol infrastrukturu |
|
Los Anceles şəhəri |
Avtomobil
yönümlü şəhər quruluşu şəhərlərin ifrat böyüməsinə və az sıxlıqlı şəhərsalma paradiqmasına
gətirib çıxarır. Məhz bu spesifikaya görə
belə şəhərlərdə keyfiyyətli ictimai nəqliyyatı qurmaq mümkün deyil. Maşını
olmayan və ya sürməyi bacarmayan adam
üçün yaşayış çox çətin olur.
|
Aşağı sıxlıqlı şəhərsalma |
Məsələn
tipik amerikan şəhərsalma nümunəsi olan Atlanta şəhərinin sahəsi, eyni əhalisi
olan Barselona şəhərindən 10 dəfə böyükdür.
|
Atlanta və Barselona şəhərləri |
İfrat
avtomobil istifadəsinin nəticəsində isə şəhərin parkinqlərə çox ehtiyacı olur.
Şəhərlərin mərkəzləri böyük ölçüdə ofis binalarından və parkinqlərdən ibarət olan və yaşayışı
olmayan sahəyə çevrilir.
|
Las Veqasın mərkəzindı parkinq |
|
San Dieqoda ofis mərkəzı |
Bundan
əlavə şəxsi avtomobilə arxalanan mobillik paradiqması iqtisadi baxımdan ən daha
başa gələn və ən səmərəsiz metoddur. Bütün cəhdlərə baxmayaraq avtomobil yönümlü şəhərlər tıxaclardan qurtula
bilmirlər və gündəlik gediş gəlişə sərf edilən vaxt kifayət qədər böyük olur.
Bakı şəhərini kütləvi avtomobil istifadəsinə uyğun etmək olaramı?
Hal hazırda Bakı şəhərində min nəfərə təxminən 300 avtomobil mövcuddur. Bakının
küçə və yol sahəsi isə belə avtomobilləşmə səviyyəsinə isə uyğun deyil. Kütləvi
avtomobil istifadəsinə uyğun yol və parkinq infrastrukturunu Bakı şəhərində
tikmək üçün sadəcə olaraq yer yoxdur, bunu etmək üçün Bakı şəhərinin mərkəzinin
əhəmiyyətli hissəsini sökmək lazım olardı.
Hal-hazırda
tıxaclardan əziyyət çəkən şəhərdə avtomobil sahibliyi bir daha da artsa bizi nəqliyyat
kollapsı gözləyir. Məhz buna görə yeganə seçim ictimai nəqliyyatın keyfiyyətli
inkişaf etdirmək və avtomobil istifadəsini tənzimləmək və əngəlləmək lazımdır.
Bunlar haqqında daha geniş yazılar olacaq.
No comments:
Post a Comment