Tuesday, 7 February 2017

Tramvayın İntibahı

Dünyada tramvay sistemlərinin çiçəklənməsi iki dünya müharibələri arasında baş vermişdi. O zamanlarda bütün iri şəhərlərin geniş tramvay şəbəkələri var idi.

Lakin ikinci dünya müharibəsindən sonra 20-ci əsrin 50-ci illərində qərbi Avropa və Şimali Amerika şəhərlərində tramvay sistemləri kütləvi şəkildə ləğv edilməyə başladı. Tramvay sistemlərinin məhv edilməsi xüsusi ilə Amerikada geniş yayılmışdı. Hesab edilirdi ki, tramvay köhnə və narahat nəqliyyat növüdir və sayı sürətlı artan avtomobillərə mane olur.  ABŞ-nın şəhərləri kütləvi avtomobilləşməyə istiqamət götürdülər və maşınlar üçün yer boşaltmaq üçün tramvay xətləri sökülürdü. 80-ci illərdə dünyanın tramvay xəritəsi bu cür görünürdü.
Sonradan bəlli oldu ki, bu qərar səhv idi və tramvayların ləğv edilməsi tıxac problemini həll etmir. İctimai nəqliyyatın inkişafı olmadan nəqliyyat axının vəziyyət pisləşməyə doğru gedir. Beləliklə şəhərlər yeni tramvay sistemlərinin tikintisinə başladırlar. Son dövrlərdə ABŞ, Avropa, Şimali Afrika, Türkiyədə yeni tramvay şəbəkələri tikilmişdi.

Ən maraqlısı odur ki, avtomobil yönümlü şəhər yaratmaq mümkün olmamasını anlayaraq dünyanın ən avtimobilləşmiş ölkəsi olan ABŞ-da tramvay sistemlərinin tikintisi geniş vüsət alıb. Hətta Afrika ölkələrində yeni sistemlər peyda olur. Avropada isə hal-hazırda müasif tramvaylar öz intibah dövrünü yaşayırlar.
Miniapolis Şəhəri


Melburn Şəhəri
Lion Şəhəri
Dubay Şəhəri
Adana Şəhəri
Kasablanka Şəhəri

No comments:

Post a Comment