Bakı-Sumqayıt sərnişindaşımaları
Reallıqda Bakı və Sumqayıt iki müxtəlif şəhərlər deyillər, onlar
Abşeron yarımadasında olan digər şəhər və qəsəbələr ilə bir aqlomerasiyanı təşkil edirlər. Hər gün Sumqayıtdan Bakıya ən
azından on minlərlə insan gəlir, səyahətlərin əksəriyyəti iş və ya təhsil məqsədi
ilə edilir. Bakı şəhərində iş yerlərinin konsentrasiyası daha çox olduğundan
Sumqayıtdan Bakıya gələn insanların sayı Bakıdan Sumqayıta gedən insanların
sayından çoxdur. Bakının və Sumqayıtın nəqliyyat
sistemləri arasında inteqrasiya və birgə planlaşdırma demək olar ki, mövcud
deyil, elə əsas problemlər də buradan qaynaqlanır.
Sumqayıtdan Bakıya müxtəlif üsullarla gəlmək mümkündür:
Sumqayıtdan Bakıya müxtəlif üsullarla gəlmək mümkündür:
- Dəmir yolu
- Şəhərlərarası avtobus
- Qeyri-qanuni mikroavtobuslar
- “1 manatlıq” taksi
- Şəxsi avtomobil
İctimai nəqliyyatla edilən gediş gəliş imkanlarını təhlil edək.
Dəmir yolu
Bakı-Sumqayıt elektrik qatarı gündə ortalama cəmi 3,000-3,500 sərnişin
daşıyır. Bu isə olduqca kiçik göstəricidir. Bu cür sistemlər gündə ən azı
80-100 min sərnişin daşıya bilər. Aşağı sərnişin dövriyyəsinin səbəblərini
araşdıraq.
Vağzalın əlçatanlığı
Sumqayıtın Dəmir Yolu Vağzalı şəhərin kənarında, daha dəqıq isə 11- ci və 12-ci
mikrorayonun yaxınlığında yerləşir.
Eyni zamanda Sumqayıt Dəmir Yolu Vağzalı
Avtovağzaldan 3 kilometr aralı yerləşir.
Vaxtı ilə vağzal bu durumda idi
Əvvəllər vağzalın yenidənqurması bu cür
planlaşdırılırdı
Lakin bu baş vermədi və vağzal binasının yerində
olduqca sədə bir terminal tikildi.
Sumqayıt şəhərində cəmi iki avtobus marşrut xətti dəmir
yolu vağzalının yanından keçir. Bu hal o
deməkdir ki, Sumqayit Dəmir Yolu Vağzalı bütün şəhər sakinləri üçün əlçatan
deyil. Əslində burada şəhərin ən vacib nəqliyyat qovşağı
olmalıdır, amma bu baş vermir. Bundan əlavə burda kifayət qədər iri avtomobil
dayanacağına (Park and Ride) ehtiyac var.
Qiymət
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən
elektrik qatarlarının gediş haqları 1 manat təşkil edir. Düşünürəm ki, bu qiymət
sərnişinlərin sayını azaldır və insanlar yenə də narahat avtobuslara üz tutur,
nəticədə ADY (Azərbaycan Dəmir Yolları) daha az gəlir alır.
Bu niyə baş verir? Hal-hazırda ADY Abşeron yarımadasında effektiv
şəhərətrafı sərnişindaşımanın inkişafına kommersiya baxımından maraqlı
deyil, çünki bu şirkətə ancaq maliyyə zərəri
verir. ADY hal-hazırda digər gəlirlər hesabına şəhərətrafı sərnişindaşımasının
zərərlərini örtməyə məcburdur. Bu halın mövcudluğu marşrut üzrə optimal hərəkət
cədvəllərinin tətbiqinə mane olur. Bunun baş verməməsi üçün ADY şəhərətrafı
qatarların hərəkətini dövlətin/şəhərin/nəqliyyat agentliyinin sifarişi ilə etməlidir
və buna görə, əməliyyat xərclərini qarşılayan və mənfəət marjasını əldə etməyə
imkan yaradan müvafiq xidmət haqqı almalıdır.
Şəhər nəqliyyatının inkişafı və inteqrasiyalı təşkili düzgün şəkildə
həyata keçirilməlidir. ADY dövlət üçün xidmət operator kimi qabaqcadan müəyyənləşdirilmiş
şərtlərlə sərnişindaşıma xidmətini göstərməlidir. Bu zaman gediş haqqı yalnız
sosial faktor rolunu oynayacaq. Təklif edilən maliyyələşdirmə sxemini bu cür təsvir etmək olar:
Hərəkət
cədvəli
Hazırda gündə cəmi 11 cüt reys baş verir bu isə sistemdən istifadəni çətinləşdirir.
Məsələn: Bakıdakı Universitetdən gündüz vaxtı çıxan tələbə Sumqayıta qatarla
qayıda bilmir.
Qatarlar
Stadler Kiss qatarlarının 396 sərnişın tutumu var, onlarda 84 biznes
sinfinə aid yerlərdir. Qatar 4 ikimərtəbəli vaqondan ibarətdir. İlkin olaraq bu
qatarlar Moskvanın Aeroekspress xətti üçün, yəni hava limanından sərnişinləri şəhərin
mərkəzinə daşımaq üçün istehsal olunmuşdur. Belə qatarlarda biznes sinfinin
olması təəccüblü deyil. Lakin sonradan ADY bu qatarları şəhərətrafı hərəkət
üçün əldə etdi. Qatarların belə komplektasiyası şəhərətrafı kütləvi sərnişindaşıma üçün uyğun
deyil. Hesab edirəm ki, vaqonların sayı ən azında 6, biznes sinfinə aid vaqonlar
isə lazımsızdır. Aşağıdaki şəkildə göstərilən komplektasiya daha optimal ola bilərdi.
Avtobus
Bakı-Sumqayıt avtobuslarından istifadə edənlər bu avtobuslarda olan şəraiti çox yaxşı bilirlər. Bunun bir neçə səbəbi var.
Avtovağzalın
əlçatanlığı və cəlbediciliyi
Avtobuslar Sumqayıt avtovağzalından Bakı Avtovağzal
kompleksinə gəlir. Sumqayıt avtovağzalı da şəhərin kənarında yerləşir.
Avtovağzalda olan şərait olduqca bərbaddır, onun ərazisində
hətta həftə sonu bazarı da var.
Bir sözlə bu ərazi heç də cəlbedici deyil.
Avtobuslar
Bakı-Sumqayıt avtobuslarının özü də xidmət keyfiyyəti ilə seçilmirlər.
Bu avtobuslar şəhərdaxili xidmət üçün nəzərdə tutulub. Ümimiyyətlə problemlər
bütün şəhərətrafı avtobus sərnişindaşıması üçün xasdır. Daha ətraflı buradaoxumaq olar.
Mikroavtobus
və taksilər
Qeyri-qanuni taksilərin və
mikroavtobusların mövcudluğu bütövlükdə yuxarıda göstərilən səbəblərdən
qaynaqlanır. Müntəzəm sərnişindaşımada olan problemlər, yüksək qiymət və
narahatlıq bu cür mikroavtobuslara və “1 manatlıq” taksilərə tələb yaradır.
Bunlarla mübarizə aparmaq çox çətindir və yeganə həll yolu müntəzəm sərnişindaşımanı
yaxşılaşdırmaqdır.
Eyni zamanda ictimai nəqliyyatın pis keyfiyyəti şəxi avtomobil istifadəsini
stimullaşdırır, bu isə Bakıda tıxac probleminə çox böyük təsir göstərir. Problemlərin
hamısı nəqliyyatıq idarə edilməsində ciddi səhvlərdən bəhs edir. Bu problemləri
ancaq düzgün nəqliyyat siyasətinin tətbiqi və müştərək planlaşdırma ilə həll
etmək olar.
No comments:
Post a Comment