“Sovetski” layihəsinin icrası nəticəsində yarana biləcək fəsadlar
2016-cı ilin Avqust ayından etibarən Bakının “Sovetski”
adlanan ərazisində geniş yol-nəqliyyat
infrastrukturu inşa olunur. Eyni zamanda orada yaşıllıq zolaqlarının salınması
planlaşdırılır.
İşlər bu ərazidə aparılır.
Yenidənqurmadan sonra belə olmalıdır
Layihəyə diqqət edək.
Layıhə nəticəsində yol və küçə şəbəkəsində aşağıdaki
əsas dəyişikliklər baş verəcək:
• Bəzi
küçələrin hərəkət hissələri əhəmiyyətli
dərəcədə enləşdiriləcək
• Füzuli meydanında və İnşaatçılar prospektində hərəkət
təşkilinin tam dəyişəcək, (bu artıq icra olunmaqdadır). Dairələr ləğv olunacaq və uzaqlandırılmış
döngələr təşkil olunacaq
• Nərimanov
heykəlinin yaxınlığında hərəkətin təşkili dəyişəcək
Küçələrin profili təxminən belə olacaq.
Layihənin icrası nəticəsində yol hərəkətində
müsbət dəyişikliklər və tıxacların azalması vəd edilir. Həqiqətən şəhərin aşağı
və yuxarı hissəsini birləşdirəcək yollar lazımdır, lakin buna baxmayaraq bu
layihənin icrası Bakı şəhərinin nəqliyyat sisteminə ciddi zərər gətirə bilər:
• Dairələrin
ləğv olunması və onların uzaqlandırılmış döngələrlə əvəz edilməsi avtomobillərin
və xüsusən ictimai nəqliyyatın artıq yürüş etməsi ilə nəticələnəcək, bu isə
iqtisadi və ekoloji nöqtəi-nəzərdən arzu olunmazdır. Məsələn Azərbaycan
prospektindən gələn avtomobil və ya avtobus hərəkəti Şıxali Qurbanov küçəsi (yəni
Nizami m/s tərəfə) ilə davam etmək üçün artıq 1.4 km yürüş etməli olacaq.
• Küçələrin hərəkət hissələrinin əhəmiyyətli dərəcədə enləşdirilməsi
bu ərazidə nəqliyyat axınının artmasına gətirib çıxaracaq ki, bu da bu küçələrə
bitişik mövcud küçələrdə tıxacların yaranmasına gətirib çıxaracaq.
• Bu
infrastruktur müasir şəhərə xas deyil və şəhər mühitinə ciddi zərbə vuracaq. Bu yollar daha çox magistral tipli yol
infrastrukturu kimi layihələndirilmişdir, nəticədə bu ərazilər cansiz asfalt
sahələrini xatırladacaq və ərazi insanları cəlb edə bilməyəcək. Müqaisə üçün bu
yolların eni (4zolaq + 4 zolaq) Neftçilər prospektindən (3 zolaq+3zolaq) genişdir, Yusif Səfərov küçəsindən (5 zolaq+5zolaq) isə bir az dardır.
• Bu
avtomobil yönümlü şəhərsalma nümunəsidir, bu isə iri şəhər üçün arzuolunmazdır.
Müasir şəhərsalma və nəqliyyat planlaşdırılması elmi avtomobil yönümlü şəhərsalmaya
birmənalı mənfi qiymət verir. Bu layihə daha çox Avropada 1960-cı illərdə baş verən və
sonradan yanlış hesab edilən təcrübələri xatırladır.
• Şəhər
nəqliyyatı haqqında müasir elmi araşdırmalar göstərir ki, yeni yaranmış yol
infrastrukturu ancaq qısa müddətli yaxşılaşma effektini verir. Artan nəqliyyat axını
tezliklə yeni infrastrukturunu əvvəlki səviyyədə yükləyir.
• Bu
infrastrukturun yüksək buraxılış qabiliyyəti
ona bitişik olan küçələrdə (məsələn: İnşaatçılar prospekti, Bakıxanov
küçəsi, İzmir küçəsi, Tbilisi prospekti) tıxacların yaranmasına şərait yaradacaq, yəni
tıxac problemi həll olunmayacaq.
Bütün mənfi cəhətlərə və risklərə baxmayaraq
layihənin icrası sürətlə davam edir və yekunlaşmağa az vaxt qalıb.
Gəlin hazır
hissələrə baxaq:
Şəhərdə belə yolların (əslində isə küçələrin)
olması arzu olunan deyil. Belə küçə heç bir zaman canlı ola bilməz, belə küçədə
insanların fəallığı qeyri-mümkündür.
Belə yolun qırağı ilə gəzməyə çıxardınızmı?
Yer çoxdur, amma səkinin eni cəmi 2 metrdir. Niyə?
21-ci əsrin şəhəri üçün inanılmaz şəhər yolları. Bunun bir adı var: monstr.
Yaxşı xəbər ondan ibarətdir ki, bu biabırçılığı
bir neçə ildən sonra sökmək lazım olacaq, çünki bu birmənalı olaraq şəhərsalma
səhvidir.
No comments:
Post a Comment