Şəhər avtomobil yollarının növləri
Çox
zaman biz yolların və küçələrin funksiyalarını səhv salırıq və yaranan problemlər
məhz buradan başlayır. Bu yazıda şəhər yollarının növlərindən
danışmaq istərdim. Öncədən demək
lazımdır ki, küçə və yol fərqli anlayışlarıdır. Yolların ancaq nəqliyyat
funsiyası var, lakin küçələr nəqliyyat vasitələrindən əlavə piyadalar, ictimai nəqliyyat, küçə səviyyəsində
keçidlər olur. Belə küçələrdə yaşayış və biznes funksiyalı binalar yerləşir.
Şəhər yolları
Yollar
üçün standart klassifikasiya mövcuddur, yol kateqoriyaları 1-dən 5 qədər dəyişir.
Bəs şəhərdə hansı yollar ola bilər.
Avtomagistrallar
Yol mühəndislərinin klassifikasiyasına görə avtomagistrallar
1A kateqoriyasına aiddir.
Bu tip yollar şəhərin yaşayış zonalarında keçmir və
ya ondan tam ayrılıb. Adətən şəhər avtomagistralları sənaye zonalarından, tunel
və estakadalardan keçirlər. Belə yollarda svetoforlar, eyni səviyyədə kəsişmələr,
piyada səkiləri, ictimai nəqliyyat dayanacaqları, velosiped zolaqları olmur,
sürət isə 110 km/s çatır. Şəhər
avtomagistrallarında çox nadir halda piyada keçidlərinə ehtiyac qalıq, çünki
onların yaşayış zonalarından yer səviyyəsində keçmə ehtimalı olduqca aşağıdır, əks
halda isə piyada keçidləri yeraltı və ya yerüstü təşkil olunur. Bakı şəhərində əsl mənada iki avtomagistral
var: Bakı dairəvi yolu və Zığ-Hava limanı şosesi.
Sürətli yollar
Sürətli yollar 1B kateqoriyasına aiddir. Bu növ
yollar Avtomagistrallara çox bənzəyir lakin, belə yollarda eyni səviyyəli birləşmələrə yol verilir.
Bundan əlavə, Azərbaycan reallığında belə yollarda ictimai nəqliyyat dayanacaqları
da olur, məhz buna görə belə yollarda yeraltı və yerüstü keçidlərə ehtiyac
yaranır. Bakı şəhərində bir necə belə yol var: Hava Limanı yolu, Mərdəkan yolu,
Buzovna- Bilgəh yolu, Bakı Sumqayıt yolu və sair. Ziya Bünyadov prospektinin mərkəzi
hissəsi sürətli yol kimi inşa olunub, lakin prospektin six yaşayış zonasından keçməsi, prospektdə
ictimai nəqliyyatın intensiv hərəkəti və
inşaat materiallarının satışı olan
zonada xaotik parkinq bu yolu əsl
mənada sürətli yol kimi istismar etməyə imkan vermir.
Sürətli olmayan
yollar
2,3 və 4-cü kateqoriyalı yollar sürətli olmayan
yollar adlandırılır, bu tip yollar şəhər daxilində müxtəlif yaşayış məntəqələrini
birləşdirir. Sürətli yollardan fərqli olaraq bu yollarda ayırıcı zolaq olmur,
eyni səviyyəli kəsişmələrə icazə verilir. Belə yollarda ictimai nəqliyyat və piyadalar
ola bilər, lakin onlara küçə demək olmaz. Bakı şəhərinin ətraflarında olan kənd
və qəsəbələri birləşdirən yollar məhz bu növdəndir.
No comments:
Post a Comment