Şəhər küçələrinin növləri
Keçən yazıda
şəhərlərin yolları haqqında bəhs etmişdim, bu dəfə isə küçələrdən danışmaq istərdim.
Şəhərlərin küçə şəbəkəsi
qan-damar sistemidir və qan-damar sistemində olduğu kimi küçələrin fərqli funksiyaları
var. Bəzi küçə növlərinin daha çox nəqliyyat funksiyaları var, bəzilərinin isə
daha az. Bu yazıda həmdə küçələrin mümkün transformasiyasını bir qədər nümayiş
etmək istərdim. Bu məqalədə küçə transformasiyalarının məntiqi və əsasları
haqqında geniş şəkildə yazmışdım.
Əsas magistral (arterial) prospektlər
Əsas
prospektlər şəhərin müxtəlif rayonlarını birləşdirən küçələrdir. Bu tip küçələrin
çox vacib nəqliyyat funksiyası var: həm ictimai nəqliyyat həm avtomobillərin intensiv hərəkəti
baxımından. Bakı şəhərinin bir neçə əsas prospekti var və problem ondan ibarətdir
ki, onların avtomobil buraxılışı funksiyası xüsusi ilə qabardılır.
Babək
prospekti:
Nobel
prospekti:
Beləliklə əsas
prospektlərə daha çox sürətli yox xüsusiyyəti verilir və ya ən azından buna cəhd
edilir. Bu isə yanlış həll yoludur.
Bəs müasir yanaşma nə deyir? Müasir yanaşma deyir ki, belə
bir geniş prospektdə ictimai nəqliyyat üçün daha əlverişli şərait yaratmaq
olar.
Əvvəl:
Sonra:
Daha dar
prospektdə belə etmək olar. Əvvəl:
Sonra:
Şəhər əhəmiyyətli
iri küçələr
Bu küçələrin də ( bəzən isə onları adı
prospektdir) çox vacib nəqliyyat funksiyaları var, lakin əsas prospektlərdən fərqli
olaraq burada piyada və biznes aktivliyi daha aktiv olur. Bakı şəhərində bu
tip küçələr həm birtərəfli həm də iki tərəfli olur. Avtomobillərin sürəti belə küçələrdə 50 km/s-dan çox ola bilməz.
Məsələn
İnşaatçılar prospekti:
Və ya Üzeyir
Haçıbəyov küçəsi:
Azadlıq
prospekti:
Hüseyn Cavid
prospekti:
Təəssüf ki, belə
küçələrdə də piyadaların, velosipedçilərin və ictimai nəqliyyatın maraqları
ikinci plandadır. Digər problem odur ki, Bakı şəhərində kifayət qədər iri birtərəfli
küçələr var, daha ətraflı burada
Müasir yanaşmada
küçələr belə qurulur. Bir tərəfli
küçələr belə halda olduqda:
İkitərəfli
küçə əvvəl:
Və sonra:
Lokal küçələr
Lokal küçələrdə
hərəkətin təşkilində tam prioritet piyadalara və velosipedçilərə verilməlidir. Avtomobillərin
sürəti belə küçələrdə 30 km/s-dan çox ola bilməz.
Məsələn belə:
Ortaq küçələr
Təəssüf ki,
Bakıda ortaq küçələr yoxdur. Ortaq küçədə piyada səkisi olmur bütün yol
ortaqdır. Avtomobillərin sürəti belə küçələrdə 10-15 km/s-dan çox ola bilməz.
Bunun üçün xüsusi nişan da var:
Ortaq küçə ola biləcək küçə şəhərin mərkəzində çoxdur, lakin onlar hazırda xaotik
parkinq üçün istifadə olunur:
Ortaq küçə
nümunəsi:
Tam piyada küçəsi
Bakı şəhərində
belə küçələr var və hamı onları tanıyır: Nizami küçəsinin bir hissəsi
(Torqovaya), Nigar Rəfibəyli və Rəsul Rza küçələrinin bir hissəsi, Fəvvarələr meydanı və
Məmmədəmin Rəsulzadə küçəsi. Şəhərin bəlkə də ən aktiv küçələridir.
No comments:
Post a Comment