Yol hərəkətinin təhlükəsizliyi
Dünyada hər il təxminən 1.2 milyon nəfər yol-nəqliyyat hadisələrində həlak olur. Bu gün
dünyada yol-nəqliyyat hadisələri ölüm səbəblərinə görə 9-cu yer tutur. Ümumdünya
Sağlamlıq Təşkilatı hesab edir ki, 2030-cü ildə ölümlə nəticələnən yol-nəqliyyat
hadisələrin sayı artacaq və bu ölüm səbəblərinə
görə 5-ci yer tutacaq. Bu hadisələrin böyük əksəriyyəti inkişaf etməkdə olan
ölkələrə (Afrika, Asiya, Yaxın Şərq və sair) aiddir. Hər 100 min əhaliyə olan
nisbətdə ən yaxşı vəziyyət Avropadadır
(hər yüz min nəfərə 9.3 ölüm), ən
pis isə Afrika ölkələrindədir (hər yüz min nəfərə 26.6 ölüm). Yaxın Şərq və ərəb ölkələrində bu göstərici 20 bərabərdir.
Azərbaycanda
сari vəziyyət
Rəsmi statistikaya istinad etsək görərik ki,
2015 ildə (ən yeni statistik göstərici) 2,220
yol-nəqliyyat hadisəsi olun, bunlardan 923-ü
piyadaların iştiraki ilə olub. Bu
yol-nəqliyyat hadisələri nəticəsində 894 nəfər həlak olmuş, 2,265 nəfər isə xəsarət almışdır. Bəs digər dövlətlərlə müqayisədə Azərbaycanın
mövqeyi necədir? Hər 100 min əhaliyə
olan nisbətdə yol-nəqliyyat hadisələri nəticəsində
baş vermiş ölümlər üzrə Azərbaycan dünyada 55-ci
yerdədir. Bu göstərici Azərbaycan üçün 10
bərabərdir, orta Avropa göstəricisi isə 9.3
bərabərdir.
Bu göstərici üzrə hər şey o qədər də pis
deyil, hətta Avropa ölkələrinə yaxındır, lakin digər göstərici də var. Bu göstərici
hər 100 min avtomobilə düşən ölümlərin sayıdır.
Rəsmi statistikaya istinad etsək Azərbaycan respublikasında 1.3 milyon avtomobil var, hər min nəfərə
103 avtomobil düşür, təbii ki, Bakı
şəhərində bu göstərici daha yüksəkdir (təxminən 300). Yəni Azərbaycanda avtomobillərin sayı o qədər də çox deyil.
Azərbaycanda hər 100 min avtomobilə 83
yol-nəqliyyat qəzası nəticəsində baş vermiş ölüm hadisəsi düşür, bu isə Azərbaycanı dünyada 86-cı yerdə yerləşdirir. Müqayisə üçün
orta Avropa göstəricisi 19 bərabərdir.
Vəziyyəti
yaxşılaşdırmaq üçün nə etmək lazımdır?
Vəziyyəti
yaxşılaşdırmaq üçün bir necə məsələni etiraf etmək lazımdır:
- İnsanlar qəsdən və a bilmədən səhvlərə yol verirlər. Bu qaçırılmazdır;
- İnsan orqanizmi həssasdır, o avtomobillə toqquşmada tab gətirə bilmir;
- Yol hərəkətini təşkil edənlər, yol-nəqliyyat infrastrukturunu quranlar və müvafiq qanunvericiliyi qəbul edənlər və ya etməyənlər, məsuliyyəti yol hərəkəti iştirakçıları ilə bölüşməlidirlər;
- Yol təhlükəsizliyi kompleks bir şeydir və müxtəlif amilləri əhatə edir.
Nəqliyyat sistemləri ənənəvi olaraq maksimal
sayda nəqliyyat vasitələrini buraxmaq üçün layihələdirilir. Belə sistemlər təhlükəsiz
idarəetməni yol hərəkəti iştirakçılarının üstünə atır, lakin belə yanaşma yol təhkükəzizliyini
təmin edə bilmir, çünki insanlar səhv edirlər.
Heç kimin səhv etməyəcəyi təqdirdə işlək olan sistem insanlar üçün
deyil.
Həqiqi
yol təhlükəsizliyi nəyi tələb edir?
Milli Yol Təhlükəsizliyi
strategiyası
Birinci növbədə yol hərəkətinin təhlükəsizliyi
istiqamətində milli inkişaf strategiyası qəbul edilməlidir. Strategiyanın tətbiqi
və monitorinq vahid bir dövlət qurumuna həvalə edilməlidir. Cəmiyyət yol hərəkətinin
təhlükəsizliyi haqqında daima məlumatlandırılmalıdır. Bakı şəhərindən bu strategiya həm, yol hərəkəti haqqında
qanunla həm də şəhərin nəqliyyat siyasəti ilə uzlaşdırılmalıdır. Bakı şəhərinin
nəqliyyat strategiyası üzrə təkliflərim burada.
Sürət məhdudiyyətləri
Yol hərəkətinin təhlükəsizliyi ilə fərqlənən
ölkələrdə şəhər küçələrində maksimal sürət 50 km/s müəyyən edilmişdi. Daha yüksək
sürətlərdə insanın ölüm ehtimalı çox artır.
Bu məqalədə bu haqda daha ətraflı oxumaq olar.
Təhlükəsiz infrastruktur
Şəhər infrastrukturu və yollar daha təhlükəsiz
şəkildə layihələdirilməlidir. Bu məsələ bütün aspektləri əhatə edir: səkiləri,
piyada keçidlərini, hərəkət zolaqlarını, hərəkətin sakitləşdirilməsini və sair.
Ani insan səhvləri fəlakətlərə yol verməməlidir. Bu bloqda təhlükəsiz və inşan
yönümlü şəhər haqqına bir neçə məqalə var: küçə layihələdirilməsi haqqında,
piyada keçidləri haqqında.
Təhlükəsiz nəqliyyat vasitələri
Nəqliyyat vasitələri özləri də təhlükəsizliyi
təmin etməlidirlər, bu həm avtomobillərə, həm avtobuslara həm də digər nəqliyyat
vasitələrinə aiddir. Dövlətin
standartları avtomobillərdən təhlükəsizlik kəmərlərinin, hava yastıqlarının,
müasir əyləc sistemlərinin, uşaq kresloların,
təhlükəsiz buferlərin olmasını tələb etməlidir
Daha effektiv nəzarət sistemi
Təbii ki, effektiv nəzarət və cəzalandırma
sistemi olmadan yol hərəkətinin tam təhlükəsizliyinə nail olmaq olmaz. Yol
polisi daha çox qəzaların baş vermə ehtimalını azaltmaqla məşğul olmalıdır,
çünki yalnız tənbeh metodları ilə tam işlək və təhlükəsiz sistem əmələ gəlməz. Məhz
buna görə hazırda Azərbaycan Yol Polisində olan yazılmış cərimələr ilə ölçülən
fəaliyyətin qiymətləndiriliməsi kökündən yanlışdır və dəyişməlidir. Əksinə Yol
Polisi işçilərinin fəaliyyəti baş verməmiş qəzalar və yol hərəkəti qaydalarının
pozulmaması və ya potensial pozuntuların baş verməməsi ilə ölçülməlidir. Digər
tərəfdən isə baş vermiş qayda
pozuntuları maksimal dərəcədə cəzasını tapmalıdır.
Hadisədən sonraki tədbirlər
Əgər yol-nəqliyyat hadısəsi artıq baş veribsə
zərər çəkənlərə maksimal dərəcədə tez ilkin tibbi yardım göstəriməlidir. Bundan
əlavə insanlar ilkin tibbi yardımın əsaslarına bələd olmalıdırlar.
No comments:
Post a Comment