Nəqliyyat axınının sakitləşdirilməsi
Buy yaxında açıqlanan məlumatlara görə Azərbaycanda ölümlə nəticələnən
yol-nəqliyyat hadisələrinin 60%-i piyadaların iştirakı ilə baş verir.
Bu yazıda yol hərəkətinin təhlükəsizliyindən ümumi şəkildə
danışmışdım, bu yazıda isə şəhərlərdə rahat və təhlükəsiz küçələrin
layihələndirilməsindən bəhs etdim. Bəs
küçələri necə daha təhlükəsiz etmək olar. Bir şeyi yaxşı anlamaq lazımdır:
insan bədəni sürətlə hərəkət edən nəqliyyat vasitəsi qarşısında acizdir. Yaşayış
məntəqələrində bizdə qəbul edilmiş 60 km/s
sürətlə gedən maşın piyadanı vurarsa, onun həlak olmaq ehtimalı 80%-ə yaxındır.
Məhz bu səbəbdən inkişaf etmiş dövlətlərdə şəhər daxilində olan maksimal sürət
məhdudiyyəti 50 km/s təşkil edir, yaşayış zolanalarından keçən ikinci dərəcəli
küçələrdə isə sürət məhdudiyyəti 30 km/s olur.
Lakin məsələ müvafiq yol nişanlarının quraşdırılması ilə yekunlaşmamalıdır,
əgər küçə daha sürətli hərəkətə imkan yaradırsa əksər sürücülər yol
nişanlarının tələbinə əməl etməyəcək. Belə halda ən qabaqcıl cərimələmə
mexanizmləri kömək etməyəcək, küçələrin özləri sürücüləri lazimi rejimdə sürməyi
məcbur etməlidir və səhv qərarların verilməsini əvvəlcədən qarşısını almalıdır.
Beləliklə bütün sivil dünyada nəqliyyat
mühəndisləri küçələrdə nəqliyyat axınının sakitləşdirilməsinə çalışırlar.
Nəqliyyat axınının
sakitləşdirilməsi metodları
Hamının tanıdığı metod adi sürət qabarlarıdır və ya tramplinlər (лежачий
полицейский), lakin bu metodun yol hərəkətinə və nəqliyyat vasitələrinə bir
sıra problem yaratdığı üçün onun şəhərlərdə istifadəsi məhdud olmalıdır.
Ən sadə sakitləşdirmə metodu yollarda asfalt yerinə daşın istifadə
edilməsidir, belə yollarda avtomobilin ifrat və arzu olunmayan sürətlə sürülməsi
demək olar ki mümkünsüz edir.
Piyadalar üçün ən təhlükəli yerlər keçid yerləri hesab edilir, buna gorə
keçid yerlərində təhlükəsizlik adalarının inşası çox vacibdir.
Təhlükəsizlik adaları həm hərəkət hissəsini daraldır və sürücüləri
sürəti azaltmağa məcbur edir:
Təhlükəsizlik adaları həm də hərəkkət trayektoriyasını nizamlayıraq sakitləşdirir, məsələn
dönmə radiusunu azaldır.
Yol ayı ayırıcılarında olan nizamlanmayan piyada keçidlərində piyada səkilərində xüsusi
çıxıntılarla küçədəki sürəti sakitləşdirmək də mümkündür.
Hərəkəti sakitləşdirmək üçün digər metodlardan biri düz yolu süni
olaraq əyməkdir. Məsələn burada göstərildiyi kimi:
Alternativ olaraq bunu süni çıxıntılarla da etmək olar.
Piyada keçidlərinin səki səviyyəsinə qaldırmaq ən populyar
metodlardan biridir, məsələn belə:
Bütün yol ayırıcını da səki ilə eyni səviyyəyə gətirmək olar, o zaman
nəqliyyat vasitəsi küçədə üzünü qonaq hesab edir və diqqətli davranır.
Daha bir sakitləşdirmə metodu adi yol kəsiçmələrin yerinə dairəvi hərəkətin
təşkilidir, burada da müasir təcrübə vacibdir.
Bəziləri bu metodları sürücü haqlarının pozulması kimi qəbul edəcək,
lakin şəhər nəqliyyatında düzgün prioritetlər olmalıdır, şəxsi avtomobillərin
istifadəsi tədricən azaldırmalıdır. Bu haqda burada geniş yazılar var.
No comments:
Post a Comment