Avtobus dayanacaqları üçün ciblər
Bakı şəhərində avtobus dayanacaqları üçün
inşa edilən cibli hissələr günü gündən artır, və bunların tikintisi birmənalı
olaraq müsbət bir şey kimi qələmə verilir. Lakin avtobus ciblər həqiqətən
lazımdırmı, onların verdiyi fayda varmı?
Bu dəfə mən iddia edəcəyəm ki, avtobus cibləri
şəhər küçələri şəraitində əksər hallarda lazımsız infrastruktur növüdür. Bunu bir neçə səbəblərlə əsaslandıracam.
Səbəb 1
Güman
edirəm ki, belə mənzərələr hər bir Bakı sakininə tanışdır:
Bakı şəhərində parklanma siyasətinin və ona
effektiv nəzarətin olmaması şəhərdə olduqca böyük problemlər yaradır. Bu mənzərələr
xüsusən avtobus dayanacaqlarında və metro stansiyalarının yanında özünü büruzə
verir. Avtobus cibləri isə intizamsız sürücüləri sankı parklanmağa dəvət edir,
və nəticədə demək olar ki, bütün cibli hissələr taksilər və digər avtomobillər
tərəfindən zəbt olunur. Öz növbəsində, qeyri-effektiv nəzarət mexanizmləri bu
sürücülər məsuliyyətdən bir növ azad edir. Bu vəziyyət avtobus gözləyən sərnişinlər
üçün əlavə narahatlıq və təhlükəli mühitə gətirib çıxarır. Avtobus sürücüləri
isə məcburiyyətdən avtobusları dayanacaqdan bir qədər aralı saxlayırlar.
Səbəb 2
Avtobus cibi hətta tam boş olsa da avtobus
sürücüləri oraya daxil olmaq istəmirlər. Deyəcəksiniz ki, bunun səbəbi avtobus
sürücüləri mədəniyyətsizliyi və qanunları saymamasıdır. Bəli, qismən bu belədir, lakin bu davranışın
obyektiv səbəbi var: hər bir avtobus sərnişindaşımasının
əsas səmərəlik hədəfi yubanma vaxtının azaldılmasıdır. Təsəvvür edin ki, bu
ciblərə daxil olmaq və çıxmaq ümumiyyətlə ictimai nəqliyyatı nə qədər yubada
bilər. Bir çox hallarda isə bu cibə
ancaq bir avtobus yerləşir və ikincisi qələndə , o yenə də küçənin hərəkət hissəsində
saxlamalı olur.
Səbəb 3
Bir çox küçələrimizdə parklanmaya icazə
verilir və belə küçələrdə olan dayanacaqlar
cibli olmasalar və avtomobillər tərəfindən zəbt edilmələsər belə, dayanacaqlar
faktiki olaraq cib təşkil edirlər. Təbii ki,
avtobuslar yenə də dayanacağa düzgün şəkildə yanaşmırlar.
Səbəb 4
Bir çox halda şəhərimizdə olan səkilər onsuz
da dar olurlar və cib təşkil edilən halda səki daha da daralır və nəticədə sərnişinlər
avtobusu elə cibin içində gözləməli olurlar.
Bəs necə etməli?
Bir çox halda və xüsusən küçələrdə parklanmaya
icazə verilən halda avtobusa dayanacaqlarını cib şəklində deyil, əksinə çıxıntı
şəklində təşkil etmək lazımdır.
Məsələn
belə:
Avtobus cibləri hansı halda
faydalı olurlar?
Bu tip infrastruktur ancaq son zərurət
olduğu halda təşkil edilə bilər, məsələn hər tərəfə ancaq bir zolaq olduğu
halda. Eyni zamanda şəhərdənkənar
yollarda avtobus cibləri daha məqsədəuyğundurlar
No comments:
Post a Comment