"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi
Tezliklə Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək. Mərkəz istifadəyə verildikdən sonra burada 11 marşrutun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Bu marşrutlar həm şəhərdaxili (3, 88, 93, 45, 71), həm də şəhərətrafı (100, 108, 147, 179, 123, 134) olacaqlar. Məntiqlə 8 və 6 nömrəli marşrut xətlərinin də son dayanacağı da burada olmalıdır, lakin naməlum səbəbdən bu planlar yoxdur.
Bu mübadilə mərkəzi şəhər
üçün çox vacib nəqliyyat qovşağı olacaq. Gəlin onun yerləşməsinə nəzər yetirək.
Mərkəz Bakının Binəqədi rayonunda yerləşir.
Mərkəzin avtobus
terminalları Dərnəgül metro stansiyasının çıxışları ilə birləşir. Bu isə nəqliyyat növləri
arasında mübadiləni mümkün edir.
Mərkəzin ətrafı əsasən sənaye
zonasıdır, yaşayış binaları buradan aralıdır. Eyni zamanda bu ərazinin
yaxınlığından dəmir yolu xətti keçir.
Mərkəzin ümumi planı
Bu Nəqliyyat Mübadilə Mərkəzinin
əlavə imkanları da ola bilər. Daha öncə
qeyd etdim ki, yaxınlıqda dəmir yolu xətti keçir. Hazırda Bakı-Sumqayıt qatarı
elə bu yoldan istifadə edir. Dərnəgüldə yeni dəmir yolu stansiyasının yaradılması
mərkəzi tam funksional mübadilə mərkəzinə çevirə bilərdi. Hal hazırda Sumqayıtdan
Bakıya gedən elektrik qatarı Biləcəri stansiyasından sonra Bakı Vağzalında, yəni
şəhərin tam mərkəzində dayanır. Bu baxımdan Bakıda əlavə stansiyanın olması çox
faydalı olardı, çünki sərnişinlərin böyük hissəsi üçün Dərnəgüldə enib
yollarına davam etmək daha rahat və münasib olardı.
No comments:
Post a Comment