Bakının tarixi məhəllələrini yaxşılaşdıraq
Hazırda
Bakı şəhərinin bir çox mərkəzi küçələr səmərəsiz istifadə olunur. Bu yaxına
kimi isə bəzi məhəllələr ümumiyyətlə diqqətdən kənarda qalmışdı, son zamanlar
isə bir çox mərkəzi məhəllələrdə təmir bərpa işləri davam edir. Lakin bu kifayət
etmir: 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində tikilmiş şəhər
kvartallarının böyük inkişaf potensiyalı
var, çünki onların memarlıq üslubları gözəldir və bu ərazilər düzgün yanaşma
olduqda ikinci nəfəs ala və şəhər sakinlərinin və turistləri sevimli yerinə
çevrilə bilər. Bu məqalədə Bakının tarixi hissəsi olan bir ərazidən bəhs etmək istərdim. Ərazi cənubdan Fəvvarələr
meydanı və Nizami küçəsi ilə, şimaldan Qış Parkı ilə, qərbdən Azərbaycan
prospekti ilə, şərqdən isə Səməd Vurğun küçəsi ilə məhdudlaşır. Ərazı təxminən
bu hissəni əhatə edir:
Hal-hazırda
bu ərazidə olan tarixi binalar yenidən qurulur və bu çox yaxşı haldır. Bu ərazidən
bəzi şəkilləri göstərmək istərdim.
“Sovetski”
ilə eyni zamanda yaranmağa başlayan bu ərazi daha sistemli şəkildə inkişaf
etmişdir və kasıb təbəqə ilə yanaşı, zadəgan Bakı elitasının da şəhərin bu hissəsinin
qurulmasında öz payı olmuşdur. “Vorstadt”
alman dilindən tərcümədə qalaətrafı tikililərin ərazisi mənasını
verir. İlk dəfə bu termin, 1835-ci ildə, Rus İmperiyası tərəfindən Bakının qalaətrafı
əraziləri üçün planlaşdırdığı xəritədə qeyd olunmuşdur. Bu ərazi, “Fantaziya”
hamamı, “Cuhud məhəlləsi” və “Bakı
milyonçuları”-nın əsrarəngiz iqamətgahları ilə məşhurdur. Son illər daha çox gənc
şəhərlilər tərəfindən sevilən “Forştadt” mehmanxanalar, hostel-lər, bookcafe və
pub-larla zənginləşir. Bu yaxında gənc Azərbaycan memarları tərəfində yaradılan
“PİLLƏ” memarlıq studiyası “Forştadt”
ilə bağlı öz layihələrini təqdim etdilər.
Bu
ərazidə olan küçələrin bir neçəsi dalandırlar və ancaq parklanmaq üçün istifadə
edilir, tranzit küçələr isə piyada hərəkəti üçün demək olar ki, yararsızdılar. Layihəyə
əsasən bu ərazidə olan bir neçə küçə avtomobil hərəkəti üçün bağlanmalı, digərlərində
isə rahat və maneəsiz piyada hərəkəti üçün daha əlverişli edilməlidirlər. Təbii
ki, bu sadəcə ilkin təhlillər nəticəsində verilən təkliflərdi və daha dərin
araşdırmalar tələb edilir.
İdeyalar ilə
bağlı bəzi eskizləri paylaşmaq istərdim:
Bəşir Səfəroğlu 151, 153
Bəşir Səfəroğlu küçəsi, 151 və 153
ünvanlarında yerləşən ictimai və yaşayış təyinatlı binalar.
Bəşir Səfəroğlu
küçəsi piyadalaşdırılması ilə yol boyu kölgəlik yarada biləcək, iqlimə uyğun
ağacların əkilməsi nəzərdə tutulur.
Binaların küçəyə açılan balkonlarının həcmi
dinamiklikliyini daha nəzərə çarpdırmaq üçün binaya kontrastlı materiallardan
istifadə təklif olunur.
İndiki kimi:
“Fantaziya” hamamı
İslam səfərli və Dilarə Əliyeva küçələrinin
kəsişməsində yerləşən, tarixi və memarlıq dəyərinə görə seçilən binalardan olan
"Fantaziya” hamamı kollaj üçün seçilmişdir.
Hal-hazırda
bina perimetri boyu maşın parkinqi və ictimaiyyətə qapalı olması ərazinin
potensialını açmağa imkan vermir.
“Fantaziya” hamamı ilkin təyinatına
qaytarılması və burada parkinqin qadağan olunması təklif olunur. İslam səfərli
küçəsi tam piyadalaşdırılması nəzərə alındığından bura yerli sakinlərin asudə
vaxtlarını daha rahat keçirə biləcəkləri zonaya çevriləcək. Lokal əhalinin
yaratdığı mühitin və tarixi abidənin sərgiləndiyi bu zona turistlərin də
marağını cəlb edəcəkdir.
İndiki kimi:
İslam Səfərli küçəsi
Bu küçədə yerləşən binaların həcmi,
miqyası, ümümi tarixi mühiti buranı piyadalar üçün cəlbedici edir.
Avtonəqliyyatın
hərəkəti və çoxsaylı parklaması piyadalaşdırılmanın əsas maneələrindən biridir.
İstifadəsiz azmərtəbəli binaların memarlıq kontekstini nəzərə alaraq yeni
funksiyalara uyğunlaşdırmaq olar. Bu misal daxili həyətin musiqi səhnəsi kimi,
damın isə açıq meydança kimi istifadəsin nəzərdə tutur.
Piyadaların yolunu daha xoş və davamlı edəcək
kafelər ümümlikdə bu rayonun canlanmasına səbəb ola bilər.
İndiki kimi:
Rəsul Rza küçəsi
Bu küçənin
piyadalaşması onun indiki Nizami küçəsi ilə “Forştadt” arasındakı əlaqəni qura
bilər. Bakı sakinlərinin əsas toplandığı məkanlar - çayxanalar, pivəxanalar
kontekstə uyğunlaşdırılaraq yenidən istifadə oluna bilər. Abşeron təbiətinə xas
olan tənək küçə yaşıllaşdırılma elementinə çevrilə bilər.
İndiki kimi:
L.Tolstoy - R.Rza - H.Aslanov aralığı
Nizami küçəsinin
yaxınlığında yerləşən bu boşluq bir neçə il əvvəl qədim binanın söküntüsü nəticəsində
yaranmışdır. Hal hazırda şəxsi
avtomobillərin park yeri kimi istifadə olunan bu ərazi ictimayyətin istifadəsinə
verilməsi təklif olunur. “Forştadt” rayonunun mərkəzinə çevrilə bilinəcək
meydan, həm də şəhərin vaxtaşırı keçirilicək hadisələrinin (festival, konsert,
yarmarka və s.) səhnəsi ola bilər. Meydanın altı parklama üçün, üstü isə kütlələrin
yığışması üçün daş döşəmə ilə üzlənə bilər. Böyük açıq məkanın yaranması həm ətrafdakı
binaları yenidən kəşf edə, həm də yaşıllıq üçün münbit şərait yarada bilər.
İndiki kimi:
L.Vidadi və M. İbrahimov küçələrinin kəsişməsi
“Forştadt” ərazisində
yerləşmə və memarlıq baxımından əlvərişli olan, istifadəsiz binalara yeni
funksiya qatmaq ilə küçə aktivliyini artırmaq mümkündür. Küçə boyu yerli sakinlərin
tələblərini ödəyəcək satış və xidmət obyektlərinin açılması, küçə döşəməsinin
yenidənqurulması, işıqlandırılması, yeni oturacaq və yaşıllıq adalarının
yaradılması labüd sayıla bilər.
İslam Səfərli və Lev Tolstoy küçələrinin kəsişməsi
Kollajda iki
küçəni görə bilərsiniz: İslam Səfərli və Lev Tolstoy. Bu küçələrdə hal hazırda
kafe, qutab satılan məkan və üç pub yerləşir. Yalnız tanılayanların baş çəkdiyi
bu məkanlar lazımı qədər rəğbət görmür. Təklif bundan ibarətdir ki, sadalanan məkanlar
daha açıq və küçə ilə daim əlaqədə olan yerlərə çevrilsinlər. Küçələrdə maşın
yox insanların hərəkətini görmək mümkün olsun.
İndiki kimi:
Təklif:
Bəşir Səfəroğlu 116
Kollajda əks olunan məkanı gördüyümüzdə, ilk ağlımızda canlanan istək - böyük ağacların kölgəsində çay və kofe içə biləcəyimiz yerin olmasıdır. Kollajın məqsədi bu kiçik cəlbedici məkanın potensialını açmaq idi.
İndiki kimi:
Təklif:
Çox maraqlı, cəlbedici və əsl turiskit və kult yerlər etmək olar. Axır ki, uzun illərdən bəri beyində və göz önündə canlanan görüntülər layihə formasında gətiril. Ümidvaram ki, şəhər rəhbərliyidə bu ideyaya dəstək verəcəkdir. Lakin bir əsas nüans, talvarlara üstünlük verilərsə daha-da cəlb edici olar.
ReplyDelete