Bakı və Abşeronda dəmir yolunun gələcək
inkişafı
Bildiyiniz kimi təxminən bir ay bundan əvvəl ölkə
başçısı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərininhazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam
imzaladı. Sərəncama uyğun olaraq, Abşeron yarımadasında mövcud dəmir yolu
xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi
həyata keçiriləcək.
Sözügedən işlər
çərçivəsində mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik
təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının
mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli
keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin
aparılması nəzərdə tutulur. İlkin mərhələdə bu işlərin aparılması üçün 100
milyon manat ayrılmışdı.
Sonradan Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Cavid Qurbanov bəzi
məqamlara aydınlıq gətirdi. Videoya burada baxmaq olar.
Bu yaxınlarda isə haqqın.az saytının yeni məlumatları özündə ehtiva edən bu məqalə işıq üzü gördü. Məqalədə bir çox tarıxi(əslində maraqlı
idi) və şəhərətrafı daşımalara aid olmayan məlumatlar olsa da, maraqlı məqamlar
da oldu, məsələn:
- Layihəyə əsasən 107 kilometr dəmir yolu təmir
olunacaq, bu isə Bakının metro xətlərinin uzunluğundan təxminən 3 dəfə çoxdur.
Bundan əlavə 25-ə yaxın stansiya yenidən qurulacaq.
Yeni marşrutların siyahısına və hərəkətin
intensivliyinə aydınlıq gətirilib:
– Bu marşrut hal-hazırda fəaliyyətdədir. Bakı
vağzalı - Biləcəri - Xırdalan – Güzdək – Sumqayıt. Gün ərzində 11 cüt qatar fəaliyyət göstərir və
gündə orta hesabla 6 min sərnişin daşıyır.
- Dairəvi dəmir yolunu tamamlayacaq əsas marşrut:
Bakı vağzalı- Koroğlu- Bakıxanov- Sabunçu- Zabrat 1 və 2 – Kürdəxanı - Pirşağı-
Görədil- Novxanı-Sumqayıt. Bu marşrut üzdə 31 cüt qatar buraxması gözlənilir.
- Bakı vağzalı- Koroğlu - Bakıxanov- Bülbülə-
Əmircan- Suraxanı- Hövsan marşrutu üzrə gündə 6 cüt qatar işləyəcək (məncə
Hövsan üçün bu çox azdır)
- Bakı vağzalı- Koroğlu- Bakıxanov- Bülbülə-
Əmircan- Suraxanı- Binə- Qala –Zirə marşrutu üzrə 4 cüt (bu da çox azdır) qatar
hərəkət edəcək.
- Hava limanına gedəcək marşrut, Binədən hava
limanına yeni xətt çəkiləcək. Bu marşrut Koroğlu- Bakıxanov- Bülbülə- Əmircan-
Suraxanı- Binə stansiyalarından da keçəçək. Burada gündə 20 cüt qatar olacaq,
bəlkə əvvəlki marşrutların az intensivliyini kompensasiya edəcək. Düşünmürəm
ki, hava limanı kifayət qədər sərnişin təmin edəcək, hətta indi fəaliyyət
göstərən ekspress avtobuslar yarı boş işləyir.
- Bakı vağzalı- Koroğlu- Bakıxanov- Zabrat –Maştağa
və Albalılıq – gündə 8 cüt qatar.
- Və son marşrut isə Bakı vağzalından Keşlə
qəsəbəsi üzərindən Əhmədli qəsəbəsi və Nargilə kafesinın yaxınlığına aparacaq. Gündə 4 cüt reys olacaq.
ADY əlavə olaraq 16 qatar əldə etməyi planlaşdırır:
8 Stadler KİSS (EŞ-2)
və 8 Stadler Flirt
No comments:
Post a Comment