Yerüstü keçid və
dayanacaqlar
Bu
yaxınlarda Sabunçu-Zabrat yolunda, daha doğrusu Sabunçu yol qovşağının
yaxınlığında avtobus dayacaqlarının yerləri dəyişdirilib. Əslində bu ərazi uzun
müddət idi ki, çox problemli yer idi, orada xaotik şəkildə dayanan taksilər və şəxsi avtomobillər,
avtobusların norma işinə mane olurdu. Nəticədə bu ərazidə təəssüflər olsun ki, Bakı
şəhərində tez-tez rastlaşdığımız xaotik hərəkət və sıxlıq yaranırdı.
Yaxın keçmişdə ərazinin və dayanacaqların yerləşməsi:
Problemi həll etmək üçün Bakı Nəqliyyat Agentliyi dayanacaqların yerini dəyişmək
qərarına gəldi və bu planı icra etdi. Bax belə.
Dayanacağın
yenı yeri:
Digər
tərəf:
Nəticədə dayanacaqlar yegənə piyada keçidindən uzaq oldular (100 -150 metr), dayancaqların köhnə
yerləri isə taksi dayanacaqları kimi istifadə edilir. Bu dəyişikliklə bağlı bir
neçə fikir bildirmək istərdim:
- Dəyişiklikdən
sonra taksilər faktiki olaraq daha rahat
yerdə durur (yəni keçidin yanında) , avtobuslar isə daha narahat yerdə. Sərnişinlər
indi daha çox məsafə qət etməli olacaqlar. Bu isə fundamental olaraq səhvdir. Xatırdım ki, BNA-nın direktoru son
müsahibəsində prioritetlərin piyada və ictimai nəqliyyatda olduğunu dedi. Bu həll
isə sərnşinlərin yolunu daha uzun edir və məqsədlərin əksini ifadə edir.
- Sabunçu istiqamətində olan dayanacaq ərazisində yolu qaçaraq keçmək mümkündü, köhnə yerdə isə beton arakəsmələr bunu mümkünsür edir. 10 dəqiqə ərzində 3 piyada yolu qaçaraq keçdi, bu yer potensial təhlükə məmbəyidir.
- Avtobuslar dayancaqların köhnə yerində hələ də saxlayırlar.
Bildiyiniz kimi, Bakı şəhərinin taksi sürücüləri Hindistanda yaşayan inəklər
kimidir, onlar nə etsələr də xətirlərinə dəymək olmaz. Amma ictimai nəqliyyat
istifadəçilərinin maraqları hən an tapdalana bilər, onların yolunu uzada, rahat
dayanacağını ləğv edə, qayda pozuntularına təşviq edə bilərlər.
Siz bir vəzifəyə layiq birilerindənsiniz. Heç olmasa oz saheniz uzrə işləyirsiniz? Əminəmki siz CV göndərmisizniz BNA. Mənə maraqlıdı onlar nə cavab verdiler size?
ReplyDeleteBildiyiniz kimi, Bakı şəhərinin taksi sürücüləri Hindistanda yaşayan inəklər kimidir, onlar nə etsələr də xətirlərinə dəymək olmaz. :D :D :D
ReplyDelete"Əla cümlə idi" Bakı şəhərinin taksi sürücüləri Hindistanda yaşayan inəklər kimidir, onlar nə etsələr də xətirlərinə dəymək olmaz
ReplyDelete