Bakıya tramvay lazımdır!
Son zamanlar Bakıya tramvayın qayıdışı
haqqında bir neçə məmbədən məlumaq daxil olur. İlk olaraq Alstom şirkərinin rəhbərlərindən
biri Bakı şəhərinə yeni tramvayın tikintisi haqqıda danışıqların mövcudluğu
haqqında danışdı. Məlumat verdi ki, ilkin mərhələdə təklif olunan tras Olimpiya
stadionu- Port Baku- Bayraq meydanını əhatə edir.
Bu yaxınlarda isə Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin yeni rəhbəri Bakıya tramvayın qayıdışının müzakirə
predmeti olduğunu söylədi. Deməli ortada nəsə var.
İlk olaraq Bakı tramyayının tarixindən danışaq.
1889-cu ildə Bakıda at ilə hərəkət edən
relsli sistem yarandı (Konka), 1924-cü ildə isə Konka elektrik tramvayla əvəz
edildi. 1960-ci illərə qədər şəhərin tramvay sistemi 117 km qədər böyüdü, lakin
metropolitenin işə salınmasından sonra sistem tədricən kiçilməyə başladı.
1980-ci illərdə şəhərdə cəmi 7 marşrut fəaliyyət göstərirdi. Azərbaycan müstəqilliyini
bərpa edəndən sonra yerüstü şəhər nəqliyyatına olduqca az diqqət gösdərindi və
tramvayın süqutu başladı.
Şəhəriməzə tramvay niyə qayıtmalıdı?
Bu suala cavab vermək üçün bir neçə arqument var:
- Müasir tramvay çox səmərəli şəhər nəqliyyatı növüdür. Bu nəqliyyat növü məhdud küçə və yol şəbəsəkini inanılmaz dərəcədə daha səmərəli istifadə edə bilir. Belə ki, əgər bir avtomobil zolağı bir saat ərzidnə, ən ideal halda 1000-1200 sərnişin daşıya bilirsə, müasir tramvay tərəfində istifadə edilən bu zolaq 20 min sərnişin daşıya bilir. Qeyd etmək lazımdır ki, şəhərin nəqliyyat funksiyası nəqliyyat vasitələrəni maksimum sayını deyil, məhz insanların daşınmasını hədəfləyir.
- Tramvay sisteminin tikintisi metropolitendən çox ucuz başa gəlir. Sərnişindaşıma qabiliyyətinə görə müasir tramvay sistemləri ancaq metroya və ağır qatar sistemlərinə uduzur, lakin onun tikintisi metrodan 10-15 dəfə ucuz başa gəlir. Məsələn 1 km metro xəttinin və bahalı stansiyaların tikintisi yerənə şəhərdə 10-15 km yeni tramvay xəttlərin yaradıla bilər. Böyük miqyaslı metro tikinsisini ancaq çox zənqin şəhərlər icra edə bilirlər, məhz ona görə Bakı kimi şəhərlərdə metro çox ləng tikilir.
- Müasir tramvay sürətli və səssizdir. İndiki tramvay sistemləri fiziki ayrılmış yollarla gedir yol ayrıclarını isə prioritetlə keçir, tramvay yaxınlaşanda svetofor ona prioritetli şəkildə yaşıl işıq verir. Bu səbəbdən tramvay tıxaclarda qalmır bə sürətlə hərəkət edir. Lazım olanda isə tramvay çox yavaş da gedə bilər.
- Avtobuslar və metro hazırki sərnişin yükünü artıq çatdırmırlar. Bakı şəhərinin bəzi nəqliyyat dəhlizlərində sərnişin yükü çox böyükdür və pik saatlarında avtobuslar qısa itervalla tam dolu şəkildə hərəkət edirlər. Digər tərəfdən isə Bakının metro sistemi şəhərin ölçüsünə görə kiçikdir və quruluşuna görə uzaq magistral funksiyanı daha yaxşı icra edə bilir. Bu səbəbdən şəhərimizdə məhz avtobus sistemi magistral və yarım magıstral sərnişindaşıma işini üzərinə götürür və sistem artıq boğulur. Müasir tramvay sistemi isə hər iki funsiyanı icra edə bilər: lazım olan yerlərdə o sürətli uzaq magistral sərnişindaşımanı icra edə bə eyni zamanda şəhərin mərkəzində qısa və orta səyahətləri yerinə yetirə bilər.
- Tramvay ekololoji cəhətdən təmizdir. Tramvay elektrik enerjisi ilə çalışır və havanı çirkləndirmir, bu xüsusi olaraq şəhərin mərkəzi hissəsində vacibdir. Bundan əlavə tramvayın tikintisi avtomibil yolunun bir hissəsini almaqla avtomobillər üçün daha az yer saxlayır və avtomobil istifadəsi azalır.
- Tramvay cəlbedicidir və təhlükəsizdir. İnsanlar tramvayı sevirlər, xüsusən də avtobusla müqaisədə. Tramvayları hətta piyada zonalarında da istifadə etmək olar, künki onun keçdiyi yol əvvəlcədən bəllidir.
No comments:
Post a Comment