Müasir təcrübəyə arxalanan nəqliyyat siyasəti: 3-cü
hissə
Piyadalar üçün əlçatan mühit
Bugünkü mövzu olduqca vacibdir. Piyadalar
üçün adekvat infrastruktur olmadan şəhər öz nəqliyyat funksiyasını sivil şəkildə
həyata keçirə bilməz. Məsələn şəhərdə ictimai nəqliyyat müasir və keyfiyyətli
olsa da, sərnişin evindən dayanacağa normal şəkildə gəlib çata bilmirsə, həmin
ictimai nəqliyyatın səmərəliyi sıfıra yaxın olacaq.
Artıq bildiyiniz kimi, müasir təcrübəyə
arxalanan şəhər nəqliyyatın uyğun olaraq şəhərdə ən əsas prioritet piyadalara
verilməlidir. Bu yanaşmanı aşağıdaki kimi
təsvir etmək olar:
Hal-hazırda Bakı şəhərinin piyada
infrastrukturunda böyük problemlər var. Əgər şəhərin mərkəzi hissələrində vəziyyət
o qədər də acınacaqlı deyilsə, şəhərətrafı ərazilərdə vəziyyət əsl mənada
acınacaqlıdır.
Əsas problemlər aşağıdakılardır:
• Hal-hazırda Bakı şəhərində
piyadalar üçün adekvat mühit yaradılmayıb;
• Piyadalar gəzmək
üçün yararsız səkilər, yüksək baryerlər,
səkilərdə parklanmış avtomobillər və pilləkənləri qalxıb-düşmək məcburiyyəti
ilə qarşılaşırlar;
• Bəzi piyada keçidləri
təhlükəli və düşünülməmiş şəkildə yerləşdirilib;
• Hazırki şərait
yaşlılar, əlillər və uşaq arabası ilə hərəkət edən piyadalar üçün xüsusın
narahatdır.
Bakıda şəhərinin hətta mərkəzində səkidə
avtomobillərin dayanması adi hal kimi qəbul olunur.
Digər problem piyada keçidlərinə aiddir, vəziyyət
bu sahədə də acınacaqlıdır.
Məsələn gördüyünüz şəkillərdə Buzovna-Bilgəh
avtomobil yoludur. Bu yolda sürət məhdudiyyəti saatda 120 km/s-dır və bu sözün əsl
mənasında trasdır. Yolun hər iki tərəfində şəxsi evlər və avtobus dayanacaqları var. Amma buna baxmayaraq bu yolda 5-km yaxın məsafədə
bir dənə də olsun piyada keçidi yoxdur. Bu yerli əhalinin gediş gəlişinə böyük
təhlükə deməkdir.
Və ya Heydər Əliyev prospektində yerləşən Nəqliyyatın
Intellektual İdarəetmə Mərkəzinin və Daşınmaz Əmlakın Kadastrı və
Texniki İnventarlaşdırma Mərkəzi inzibati binalarının yaxınlığındaki ərazidə
prospektin hər iki tərəfində avtobus dayanacaqları var, amma prospektin qarşı tərəfinə
keçmək üçün heç bir piyada keçidi yoxdur, ən yaxın keçid Şəfa stadionu tərəfdədir bu da 800 metr məsafə edir.
Bir çox yerdə piyada zolaqları səhv yerləşdirilib.
Nümunələr həddindən artıq çoxdur. Məsələn belə.
Bundan əlavə Bakıda həddən çox nizamlanmayan
piyada keçidlərin var. Hətta 5-6 hərəkət zolaqlarının üzərindən nizamlanmayan
piyada keçidi təşkil olunur. Məsələn bu cür.
Bəzi küçələrdə səki ümumiyyətlə yoxdur.
Hətta yeni layihələrdə piyada prioriteti
güdülmür. Yol ayrıclarında təşkil edilən «П» tipli keçidlər potensial olaraq təhlükə mənbəyidir.
İnsan təbii olaraq tənbəl bir məxluq olduğundan həmişə daha qısa yol axtarır və qaydaları pozur.
Yeraltı və yerüstü keçidlər həmçinin piyadalara narahatlıq gətirən amillərdəndir.
Şəhərin içində ümimiyyətlə yeraltı yerüstü piyada keçidləri olmamalıdır. Onlar vəziyyəti yaxşılaşdırmır, əksinə pisləşdirir. Daha ətraflı burada.
Şəhərin içində ümimiyyətlə yeraltı yerüstü piyada keçidləri olmamalıdır. Onlar vəziyyəti yaxşılaşdırmır, əksinə pisləşdirir. Daha ətraflı burada.
Zəruri addımlar:
• Bakı şəhərinin
piyada infrastrukturuna yanaşması əhəmiyyətli dərəcədə dəyişməlidir;
• Şəhərin əksər yerlərində enli və rahat səkilər,
baryersiz mühit, təhlükəsiz keçidlər yaradılmalıdır;
• Avtomobillərin səkilərə daxil olması xüsusi dirəklər
vasitəsi ilə məhdudlaşdırılmalıdır;
• Piyada keçidlərinin yerləşdirilməsi və layihələndirilməsinə
əlavə diqqət yetirilməlidir;
•
Bəzi küçələrdə hərəkətin sakitləşməsi dair tədbirlər
görünməlidir.
No comments:
Post a Comment