Yol hərəkətinin təhlükəsizliyi
Dünyada hər il təxminən 1.2 milyon nəfər yol-nəqliyyat hadisələrində həlak olur. Bu gün dünyada yol-nəqliyyat hadisələri ölüm səbəblərinə görə 9-cu yer tutur. Ümumdünya Sağlamlıq Təşkilatı hesab edir ki, 2030-cü ildə ölümlə nəticələnən yol-nəqliyyat hadisələrin sayı artacaq və bu ölüm səbəblərinə görə 5-ci yer tutacaq. Bu hadisələrin böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrə (Afrika, Asiya, Yaxın Şərq və sair) aiddir. Hər 100 min əhaliyə olan nisbətdə ən yaxşı vəziyyət Avropadadır (hər yüz min nəfərə 9.3 ölüm), ən pis isə Afrika ölkələrindədir (hər yüz min nəfərə 26.6 ölüm). Yaxın Şərq və ərəb ölkələrində bu göstərici 20 bərabərdir.
Azərbaycanda сari vəziyyət
Rəsmi statistikaya istinad etsək görərik ki, 2015 ildə (ən yeni statistik göstərici) 2,220 yol-nəqliyyat hadisəsi olun, bunlardan 923-ü piyadaların iştiraki ilə olub. Bu yol-nəqliyyat hadisələri nəticəsində 894 nəfər həlak olmuş, 2,265 nəfər isə xəsarət almışdır. Bəs digər dövlətlərlə müqayisədə Azərbaycanın mövqeyi necədir? Hər 100 min əhaliyə olan nisbətdə yol-nəqliyyat hadisələri nəticəsində baş vermiş ölümlər üzrə Azərbaycan dünyada 55-ci yerdədir. Bu göstərici Azərbaycan üçün 10 bərabərdir, orta Avropa göstəricisi isə 9.3 bərabərdir.
Bu göstərici üzrə hər şey o qədər də pis deyil, hətta Avropa ölkələrinə yaxındır, lakin digər göstərici də var. Bu göstərici hər 100 min avtomobilə düşən ölümlərin sayıdır. Rəsmi statistikaya istinad etsək Azərbaycan respublikasında 1.3 milyon avtomobil var, hər min nəfərə 103 avtomobil düşür, təbii ki, Bakı şəhərində bu göstərici daha yüksəkdir (təxminən 300). Yəni Azərbaycanda avtomobillərin sayı o qədər də çox deyil. Azərbaycanda hər 100 min avtomobilə 83 yol-nəqliyyat qəzası nəticəsində baş vermiş ölüm hadisəsi düşür, bu isə Azərbaycanı dünyada 86-cı yerdə yerləşdirir. Müqayisə üçün orta Avropa göstəricisi 19 bərabərdir.
Vəziyyəti yaxşılaşdırmaq üçün nə etmək lazımdır?
Vəziyyəti yaxşılaşdırmaq üçün bir necə məsələni etiraf etmək lazımdır:
- İnsanlar qəsdən və a bilmədən səhvlərə yol verirlər. Bu qaçırılmazdır;
- İnsan orqanizmi həssasdır, o avtomobillə toqquşmada tab gətirə bilmir;
- Yol hərəkətini təşkil edənlər, yol-nəqliyyat infrastrukturunu quranlar və müvafiq qanunvericiliyi qəbul edənlər və ya etməyənlər, məsuliyyəti yol hərəkəti iştirakçıları ilə bölüşməlidirlər;
- Yol təhlükəsizliyi kompleks bir şeydir və müxtəlif amilləri əhatə edir.
Nəqliyyat sistemləri ənənəvi olaraq maksimal sayda nəqliyyat vasitələrini buraxmaq üçün layihələdirilir. Belə sistemlər təhlükəsiz idarəetməni yol hərəkəti iştirakçılarının üstünə atır, lakin belə yanaşma yol təhkükəzizliyini təmin edə bilmir, çünki insanlar səhv edirlər. Heç kimin səhv etməyəcəyi təqdirdə işlək olan sistem insanlar üçün deyil.
Həqiqi yol təhlükəsizliyi nəyi tələb edir?
Milli Yol Təhlükəsizliyi strategiyası
Birinci növbədə yol hərəkətinin təhlükəsizliyi istiqamətində milli inkişaf strategiyası qəbul edilməlidir. Strategiyanın tətbiqi və monitorinq vahid bir dövlət qurumuna həvalə edilməlidir. Cəmiyyət yol hərəkətinin təhlükəsizliyi haqqında daima məlumatlandırılmalıdır. Bakı şəhərindən bu strategiya həm, yol hərəkəti haqqında qanunla həm də şəhərin nəqliyyat siyasəti ilə uzlaşdırılmalıdır. Bakı şəhərinin nəqliyyat strategiyası üzrə təkliflərim burada.
Sürət məhdudiyyətləri
Yol hərəkətinin təhlükəsizliyi ilə fərqlənən ölkələrdə şəhər küçələrində maksimal sürət 50 km/s müəyyən edilmişdi. Daha yüksək sürətlərdə insanın ölüm ehtimalı çox artır. Bu məqalədə bu haqda daha ətraflı oxumaq olar.
Təhlükəsiz infrastruktur
Şəhər infrastrukturu və yollar daha təhlükəsiz şəkildə layihələdirilməlidir. Bu məsələ bütün aspektləri əhatə edir: səkiləri, piyada keçidlərini, hərəkət zolaqlarını, hərəkətin sakitləşdirilməsini və sair. Ani insan səhvləri fəlakətlərə yol verməməlidir. Bu bloqda təhlükəsiz və inşan yönümlü şəhər haqqına bir neçə məqalə var: küçə layihələdirilməsi haqqında, piyada keçidləri haqqında. Nəqliyyat axınının sakitləşdirilməsindən isə burada oxumaq olar.
Təhlükəsiz nəqliyyat vasitələri
Nəqliyyat vasitələri özləri də təhlükəsizliyi təmin etməlidirlər, bu həm avtomobillərə, həm avtobuslara həm də digər nəqliyyat vasitələrinə aiddir. Dövlətin standartları avtomobillərdən təhlükəsizlik kəmərlərinin, hava yastıqlarının, müasir əyləc sistemlərinin, uşaq kresloların, təhlükəsiz buferlərin olmasını tələb etməlidir
Daha effektiv nəzarət sistemi
Təbii ki, effektiv nəzarət və cəzalandırma sistemi olmadan yol hərəkətinin tam təhlükəsizliyinə nail olmaq olmaz. Yol polisi daha çox qəzaların baş vermə ehtimalını azaltmaqla məşğul olmalıdır, çünki yalnız tənbeh metodları ilə tam işlək və təhlükəsiz sistem əmələ gəlməz. Məhz buna görə hazırda Azərbaycan Yol Polisində olan yazılmış cərimələr ilə ölçülən fəaliyyətin qiymətləndiriliməsi kökündən yanlışdır və dəyişməlidir. Əksinə Yol Polisi işçilərinin fəaliyyəti baş verməmiş qəzalar və yol hərəkəti qaydalarının pozulmaması və ya potensial pozuntuların baş verməməsi ilə ölçülməlidir. Digər tərəfdən isə baş vermiş qayda pozuntuları maksimal dərəcədə cəzasını tapmalıdır.
Hadisədən sonraki tədbirlər
Əgər yol-nəqliyyat hadısəsi artıq baş veribsə zərər çəkənlərə maksimal dərəcədə tez ilkin tibbi yardım göstəriməlidir. Bundan əlavə insanlar ilkin tibbi yardımın əsaslarına bələd olmalıdırlar.
No comments:
Post a Comment