Bakının
bəzi küçələrini insanlara qaytaraq
Hazırda Bakı şəhərinin mərkəzində bir
neçə piyada küçələri var, onları hər kəs tanıyır: Nizami küçəsinin bir hissəsi
(Torqovaya), Nigar Rəfibəyli və Rəsul Rza küçələrinin bir hissəsi, Fəvvarələr
meydanı və Məmmədəmin Rəsulzadə küçəsi. Bu piyada zonası şəhərin ən canlı
yeridir, bu məkan sakinləri və turistləri çox cəlb edir, çünki orada insan özü
üçün müxtəlif məşğuliyyət tapa bilir. Dünyanın bütün şəhərlərində piyada
zonaları ən fəal yerlərə çevrilir.
Lakin bu piyada zonası ilə kəsişən küçələrdə
vəziyyət o qədər də ürək açan deyil. Bu küçələr hal-hazırda xaotik parkinqlərə
çevrilib və insanları o qədər də cəlb edə bilmir, halbuki buranın böyük
potensialı var.
Gəlin sözü gedən zonaya daha yaxında baxaq. Burada olan küçələrin çox böyük iqtisadi potensiyalı var, bura Torqovaya kimi insanlarla və müxtəlif fəaliyyətlərlə dolu ola bilərdi.
Bu küçələr aşağıdakilardır:
- Yusif Məmmədəliyev küçəsi
- Zeynalabdın Tağıyev küçəsi
- Akademik Əbdülkərim Əlizadə küçəsi
- Tərlan Əliyarbəyov küçəsi
- Natavan döngəsi
- Zərifə Əliyeva küçəsinin bir hissəsi
- Xəqani küçəsinin kiçik bir hissəsi
- Rəsul Rza küçəsinin kiçik bir hissəsi
Küçələrin
indiki vəziyyəti
Hazırda bu küçələr əsl mənada səmərəsiz
istifadə edilir, burada hər gün parkinq xaosunu müşahidə etmək mümkündür, çoxsaylı
piyadalar maşınların araları ilə hərəkət etməli olurlar. Bir neçə şəkillərə
baxaq:
Ak. Əlizadə küçəsi:
Əliyarbəyov küçəsi. Burada həmdə tarixi bina sökülüb, yerində heç nə tikilməyib, əzrazi isə parkinq kimi istifadə edilir.
Bu küçələr çox daha səmərəli istifadə
edilə bilərdi və burada işləyən bizneslər çiçəklənə bilərdi. Bunun üçün bu küçələri tam və ya qismən
piyada küçələrinə çevirmək lazımdır. Məsələn belə.
Mən ümumiyyətlə nəinki yuxarıda adıçəkilən küçələrin, həmçinin Fəvvarələr meydanından şimal istiqaməti, ISR plazanın arxasından tutmuş Qış Bulvarına qədər avtomobil hərəkətinə məhdudiyyətin tərəfdarıyam. O ərazilər çox münbit biznes potensialına da malikdir. Eyni zamanda vətəndaşlar avtomobillərini Qış bulvarının geniş yeraltı dayanacağında saxlayıb, (maraqla) gəzərək Fəvvarələr meydanına (və həmçinin yuxarıda adı çəkilən küçələrə) gələcəklər.
ReplyDeleteBakinin merekezi dagidilir. Kim ne isteyir sokur ve suseden korobka tikir. Iki mertebeli bakinin verkezi get-gede mehv olunur. Butun bu erazi - Baksovet, Zimniy Park zonasi ve Bayila geder gohne binalari berpa edilip biznes obyektine cevirmek lazimdi.
ReplyDeleteMənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
ReplyDeletewhatsapp nömrəsi + 1- (989-394-3740)