BakuBus-un maliyyə hesabatları bizə nə danışır?
Bu
yaxınlarda BakuBus MMC 2016-ci il üçün öz maliyyə hesabatlarını dərc etdi. Hesabatda çoxlu maraqlı məlumatlar var və bu gün mən onları sizin üçün təhlil
edəcəyəm. Bir çox xəbər saytları yığılmış maliyyə zərərini (151 milyon
manat) yüksək olduğunu görüb sensasiya yaramaq istədilər, lakin bu hadisənin əsasən manatın
devalivasiyası nəticəsində (xarici valyuta
ilə alınmış kreditlərin manat dəyərinin dəyişməsi) baş verməsini heç kim başa
salmaq istəmədi.
Şirkət hansı investisiyalar
hesabına yaranıb?
BakuBus
MMC sərnişindaşıma fəaliyyətinə 2015-ci il başlamışdır. Şirkət 100% dövlət
mülkiyyətindədir və onun quruluşu üçün dövlət tərəfindən 30 milyon manat nizamnamə kapitalına yönəldirilmişdir (2016-cı ildə 11 milyonunu geri almışdır).
Bundan əlavə
avtobusların alınması üçün və depoların inşası üçün Fransanın Societe General bankından
ümumilikdə 134 milyon AVRO məbləğində
kredit cəlb edilmişdir. Kreditlər olduqca aşağı dərəcə ilə (Eurobor+ 0.7%,
hazırda 1%-dən aşağı) götürülüb və 2021-ci ilə qədər ödənilməlidir. Hazırda bu
kreditlər üzrə qalıq 177 milyon manat
təşkil edir.
Şirkət
özü bu kreditlərə xidmət etmək iqtidarında deyil, onun yerinə ödənişləri dövlət
edir. 2015 və 2016-cı illərdə Maliyyə Nazirliyi BakuBus şirkətinin yerinə 56 milyon manat məbləğində kredit ödənişlərini həyata
keçirib. Bundan əlavə, dövlət son iki il ərzində şirkətə əlavə 41 milyon manat kapital qoyuluşu
etmişdir.
Hazırda
şirkətin avtobus parkının qalıq dəyəri 164
milyon manat (2015-ci ildə 180 milyon manat) təşkil edir. Digər əmlakin dəyəri
isə 48 milyon manatdır.
Şirkətin gəlirləri və xərcləri
2016-cı
il ərzində BakuBus MMC-nin gəlirləri 12 milyon manat təşkil etmişdir, bunun
97%-i gediş haqqı gəlirləri təşkil etmişdir.
Dolayısı
ilə bu deməkdir ki, şirkət 2016-cı ildə təxminən 61 milyon sərnişin
daşımışdır, müqayisə üçün bütün Bakı Metropoliteni ildə 220 milyon sərnişin
daşıyır.
Şirkətin
əməliyyat xərcləri sərnişindaşıma və inzibati xərclərdən ibarətdir. 2016-cı ildə
onlar aşağıdaki kimi olub:
Göründüyü
kimi xərclərin ən böyük hissəsini köhnəlmə(amortizasiya) xərcləri təşkil edir,
ümumilikdə 17.6 milyon manat.
Digər
xərc manatın dəyərdəndüşməsi nəticəsində baş verib, avro ilə alınmış kreditlərin
manat dəyəri 2015-2016-cı illərdə şirkətə ümumilikdə 100 milyon manatdan çox zərər
vurub. Kreditlər üzrə faiz xərcləri isə 2.5 milyon təşkil edir. Beləliklə
2016-cı ilin maliyyə nəticələri belədir:
Lakın
əlavə olaraq EBİTDA (Earnings before interest, taxes, depreciation
and amortization) adlanan bir göstəriciyə nəzər salmaq vacibdir. Bu göstərici
vergilər, köhnəlmə, faiz və qeyri-nağd maliyyə xərclərindən əvvəlki mənfəət və
ya zərərdir, yəni biznesin aparılması üçün ancaq real xərcləri nəzərə alır.
Bir sərnişinin daşınması üçün əməliyyat
xərci
Nəzərə
alsaq ki, şirkət dövlətə məxsusdur və onun kreditlərinə dövlət büdcəsindən xidmət
olunur bir sərnişinin daşınması üçün əməliyyat
xərcini hesablayanda köhnəlməni hesablamaq düzgün olmazdı, çünki cəmiyyət artıq
dövlət büdcəsi vasitəsi ilə bu xərci ödəyir.
Beləliklə
sadə hesablamalar nəticəsində şirkətin real əməliyyat xərcləri 15.2 milyon manat təşkil edir, bu məbləği
daha əvvəl tapdığımız 61 milyon sərnişinə
böləndə 25 qəpik alınır, yəni cari
tarifdən 5 qəpik çox. Yeri gəlmişkən bu defisiti bərpa etmək üçün dövlət
BakuBus-a 2 milyon manat subsidiya ödəmişdir.
daha maraqli indikator her bus.km-e olan xerclerdir, amma 2016-ci ile olan emeliyyat km-lerini elde etmek shertiyle
ReplyDeleteBəli, amm bu məlumat yoxdur. Olsaydı müxtəlif şirkətləri bir biri ilə müqaisə etmək olardı
ReplyDelete