Thursday, 7 December 2017

Binəqədi yolu necə olacaq

Binəqədi yolu yenidən qurulur, bu yaxşı haldır. Bu yol bir neçə il çox bərbad vəziyyətdə idi və çoxdan yenidənqurmaya ehtiyacı var. Yolun hərəkət hissəsində işlər yekunlaşmaq üzrədir və hazırda yolun kənarlarında abadlıq işləri görülür. Bu yaxınlarda bu işlərin eskizləri açıqlandı, gəlin baxaq:
Göründüyü kimi, bu yola ictimai zona xüsusiyyətlərini vermək məqsədi var: geniş səkilər, yaşıllıq, kommersiya obyektləri və sair. 
İndi isə real işlərin fotolarına baxaq.
1.5 metrlik səki. Axı niyə, o qədər yer ola ola belə dar səki olmalıdır? Niyə?

Əslində əksinə olmalıdır: yol, qazon(yaşıllıq) və sonra səki, kifayət qədər enli səki.
Yeri gəlmişkən əgər qazon səkidən yüksəkdə olsa, o zaman yağış zamanı palçıq qazondan səkiyə töküləcək. Xatırladım ki, Binəqədi rayonunun yaşıl təpəciklərə xüsusi sevgisi var. 


Təbii ki, tikilənlər köhnə yoldan daha yaxşı olacaq, amma bu işləri daha yaxşı etmək olar. Bunun üçün peşəkar memarların cəlb edilməsi çox vacibdir. 

No comments:

Post a Comment