Bakını tıxaclardan hansı addımlar xilas edəcək?
Sadə
müşahidələr göstərir ki, Bakı şəhərində nəqliyyat sıxlığı ilə bağlı problemlər aktuallığını
itirmir, əksinə bəzi yollarda tıxaclar daha da pisləşir. Tıxacların nəticəsində
Bakı şəhərinin iqtisadiyyatı və eyni zamanda vətəndaşlar milyonlara zərər çəkirlər.
Bu səbəbdən tıxac probleminin həll edilməsi şəhər qarşısında duran ən vacib məqsədlərdən
biridir. Anlamaq zalımdır ki, şəhərdə vəziyyət biz az da pisləşsə biz bütün şəhərin
nəqliyyat sisteminin kollapsını görəcəyik. Əsas problemlər şəhərin girişlərində
və çıxışlarında müşahidə edilir, eyni zamanda şəhər mərkəzinin küçələrində də hər
gün böyük sıxlıq olur.
Tıxac nədir? Nəqliyyat sıxlığını iqtisadi terminlərlə izah
etməyə çalışsaq belə bir tərif alınacaq:
Tıxac, nəqliyyat
tələbinin nəqliyyat təklifini üstələməsidir. Bunun nəticəsində yol hərəkətinin
bütün iştirakçılarının yola sərf etdiyi vaxt artır. Bu deməkdir ki, şəhərin küçə-yol
şəbəkəsi avtomobil istifadəsinə olan tələbi qarşılaya bilmir.
Ümumilikdə
nəqliyyat sıxlığının 3 səbəbi var(ardıcıllıq önəmli deyil):
1.Hərəkət
təşkilinin səhv olması
2.Kütləvi
qayda pozuntuları və qeyri-effektiv nəzarət
3.Avtomobil
sayının çoxluğu
Əgər
birinci və ikincı məsələni həll etmək nisbətən asandırsa çünki bunlar insan
faktorudur, üçüncü səbəb daha çox fiziki sahə problemidir, avtomobillər sadəcə
böyük sahə tələb edir, bu həm yol sahəsidir, həm də parkinq sahəsi. Eyni
zamanda birinci və ikincı məsələlərin kökündə olan səbəb də avtomobillərin
çoxluğudur, bu qədər maşına sadəcə yer qalmır və hərəkətin təşkilində və insan
davranışında olan problemlər daha çox qabarır.
Burada bir neçə xüsusiyyətə
toxunmaq lazımdır: yola çox maşın çıxırsa nəqliyyat axının sürəti qeyri
proporsional düşür. Hərəkət iştirakçılarının sayı və yola sərf edilən vaxt bir
birindən eksponental şəkildə asılıdırlar. Bu deməkdir ki, əgər yolda artıq
nisbi sıxlıq varsa avtomobil sayının cüzi artması hərəkətin iflicinə gətirib
çıxarır.
Hərəkət iştirakçılarının
sayı artdıqca yolun səmərəliyi kəskin düşür. Bunu aşağıdaki şəkillə izah etmək
daha olar.
İlk baxışdan həll yolu küçə-yol
şəbəkəsinin genişləndirilməsi almama gəlir: yeni yollar, müxtəlif səviyyəli
qovşaqlar, bəzi yol ayrıclarda svetofor tənzimlənsinin ləğvi və sair. Lakin bu növdən olan addımlar, böyük ölçüdə
problemi həll etmir, çünki bu avtomobil istifadəsinin artmasını stimullaşdır.
Eyni zamanda belə planları reallaşdırmaq üçün
böyük maliyyə vasitələri lazımdır, bundan əlavə isə yeni yolların və
parkinqlərin tikintisi çox zaman tarixi tikililərin söküntüsünü tələb edir və şəhər
mühitinə mənfi təsir edir. Artıq müasir biliklər və bir çox şəhərin mənfi və ya
müsbət təcrübəsi bu addımların yanlış olmasını göstərir.
Bəs nə etməli?
Şəhər nəqliyyatı haqqında
müasir biliklər tıxacla mübarizədə avtomobil
istifadəsinə olan tələbin idarə edilməsini ön rola çıxarır. İngilis dilində
buna “Traffic Demand Management” deyilir. Şəhər belə bir nəqliyyat siyasəti
aparmalıdır ki, o avtomobil istifadəsini idarə edə bilsin. Bəzi şəhərlər hətta avtomobil
sahibliyini də tənzimləməyə çalışırlar lakin bu digər mövzudur.
Bu məqalədə avtomobil istifadəsinin azaldılması haqqında geniş məlumat verilib.
Bu məqalədə avtomobil istifadəsinin azaldılması haqqında geniş məlumat verilib.
Hesab edirəm ki, Bakıda
olan tıxac problemini həll etmək üçün aşağıdaki addımlar zəruridir:
1. Qayda pozuntularına qarşı ciddi və effektiv nəzarət və cəzalandırma mexanizmlərinin təkminləşdirilməsi;
1. Qayda pozuntularına qarşı ciddi və effektiv nəzarət və cəzalandırma mexanizmlərinin təkminləşdirilməsi;
2. Hərəkətin təşkilinə və
küçələrin layihələndirməsinə tam yeni, müasir yanaşma. Buna həmçinin ictimai nəqliyyata
zolaqların ayrılması, adekvat piyada və velosiped infrastrukturunun
yaradılması, şəhər svetoforlarının vahid mərkəzdən idarə olunması daxildir. Şəhər
küçələri haqqında daha ətraflı burada oxumaq olar;
3. İctimai nəqliyyatın
keyfiyyətinin əhəmiyyətli dərəcədə qaldırmaq. Hazırda ictimai nəqliyyat şəhərin
mobillik ehtiyaclarının 70%-dən çoxunu təmin edir. Buna görə bizim üçün keyfiyyətli,
şəhərinə yüksən xidmət səviyyəli inteqrasiya edilmiş, multimodal ictimai nəqliyyat
ən vacib məsələdir. Daha geniş burada və
burada oxumaq olar
4. Bakıda küçə parkinmasının idarə edilməsi və ödənişli parklanmanın tətbiqi. Avtomobil istifadəsinə olan tələbi ən effektiv sürətdə idarə edən amil parkinqlərdir.Böyük şəhərdə küçə parkinqi mütləq ödənişli
olmalıdır, çünki pulsuz və ya qiyməti aşağı olan məhdud bir nemətin istifadəsi
hər zaman ifrat olur. Qiymət elə olmalıdır ki, avtomobil sahibi şəhər mərkəzinə
və ya təlabatın yüksək olan yerə avtomobillə gəlməsin, eyni zamanda küçə
parkinqinin qiyməti qapalı dayanacaqların qiymətindən yüksək olmalıdır.
Deyə bilərsininiz ki, Bakıda ödənişli küçə parkinqi var və artıq neçə il fəaliyyət
göstərir. Düzdür Bakıda ödnişli parkinq mövcuddur, lakin o bir sıra ciddi
problemlərlə təşkil olunub. Demək olar ki, Bakı şəhər İcra Hakimiyyəti bütün
mümkün səhvlərə yol verib. Şəhərin parklanma yerlərinin Bakı Nəqliyyat Agentliyinə ötürülməsindən sonra hələ ki, konkret addımlar atılmamımışdır.
Beləliklə Bakı şəhərində ödənişli parkinq öz birbaşa funksiyalarını yerinə yetirmir. Parkinqin idarə edilməsi və təklif edilən dəyişikliklər haqqında geniş məqaləni burada oxuya bilərsiniz.
5. Bakının tarixi mərkəzində bəzi küçələri nəqliyyat üçün bağlamaq. Bəzi tarixi küçələr dalandırlar və ancaq parkinq üçün istifadə olunurlar, onlara hərəkət üçün bağlamaq və piyadalaşdırmaq lazımdır. Nümunələr burada və burada.
Beləliklə Bakı şəhərində ödənişli parkinq öz birbaşa funksiyalarını yerinə yetirmir. Parkinqin idarə edilməsi və təklif edilən dəyişikliklər haqqında geniş məqaləni burada oxuya bilərsiniz.
5. Bakının tarixi mərkəzində bəzi küçələri nəqliyyat üçün bağlamaq. Bəzi tarixi küçələr dalandırlar və ancaq parkinq üçün istifadə olunurlar, onlara hərəkət üçün bağlamaq və piyadalaşdırmaq lazımdır. Nümunələr burada və burada.
No comments:
Post a Comment