Məhəmməd Hadı küçəsi
Bu dəfə gəlin Məhəmməd Hadı
küçəsinə nəzər yetirək. Küçə Əhmədli qəsəbəsinin əsas küçələrinin biridir,
hazıda isə küçənin böyük hissəsi təmir olunur. Bu küçə boyu iki metro
stansiyası yerləşir (Əhmədli və Həzi Aslanov), H. Aslanov metro stasiyasının
ikinci hissəsi tikilir.
Son 10-15 ildə küçənin əsas
hərəkət hissəsinin və binaların arasında olan yaşıllıq zolaqlarında çoxlu sayda
kommersiya obyektləri tikildi və bir çox halda piyada infrastrukturu və səkilər
məhv oldur. Bugünki və 10 il əvvəlki peyk görüntüləri ilə bölüşmək istərdim:
Həzi Aslanov tərəfi
Əhmədli tərəfi
İndi isə yer səviyyəsində
olan görüntülərə baxaq.
Binaların və kommersiya
obyeklərinin arasında olan sahə:
Səkilərin vəziyyəti,
baryersiz mühitdən söz gedə bilməz:
Kommersiya obyektləri hətta
qalan dar səkiləri zəbt edirlər:
Səki ümumiyyətlə bitə bilər:
Hər yerdə xaotik parklanma,
səki yoxdur:
Baryersiz mühit? Yox eşitməmişik!
Piyadalar maşınların arası
ilə getməyə məcburdular:
Avtomobillər və gələcək obyektlər bütün ərazini
zəbt ediblər:
Səki nəyə lazımdır ki, təki
maşın saxlamağa yer olsun:
Metro stasiyasının
tikintisi davam edir:
Səki:
Yeni obyektlər üçün yer zəbt
olunub:
Bura parklanma yerindir
yoxsa səki?
Metro girişinin qabağı:
taksi müştəri gözləyir.
Bəlkə Əhmədli metrosu tərəfdə
daha yaxşıdır, axı orada təmir gedir. Gedək ora da baxaq.
Göründüyü kimi burada da vəziyyət
o qədər də ürəkaçan deyil. Avtomobil yenə də dominatdır, yeri səkidən kəsib
parklanmaya ayırmaq asanlıqla mümkümdür.
Səki birdən birə bitə bilər,
amma bu piyadanın problemidir:
Qoy əziyyət çəksin:
Və təbii ki, avtobus cibləri.
Avotobus cibləri ictimai nəqliyyat üçün çoxziyan bir şeydir, amma əsas odur ki, maşınlara heç nə mane olmasın, avtobuslar
vaxt itirə bilər.
Nəticədə ağac mane olmağa
başlayıb:
Sıx yaşayış olan yerdə belə
səki ola bilərmi?
Yenicə zəbt edilmiş torpar,
gözəl obyekt olacaq.
Nədənsə üç zolaq iki zolağa
keçir, səbəbi nədir?
No comments:
Post a Comment