Ağ Şəhərdə olan küçələrin tənqidi təhlili
Ağ Şəhər bir
müasir şəhərsalma baxımıdan olduqca maraqlı nümunədir. Bakı şəhərinin bir çox
yeni tikililərdən fərqli olarara bura sıfırdan planlaşdırılmış bir ərazidir.
Burada əmələ gələn küçələr də çox maraqlı alınıb, burada iki ən əsas mələlələr
var: insan miqyası və sıx, qarışıq şəhərsalma.
Misal üçün bu küçəni götürək.
Əvvəl müsbətdən danışaq:
1.
Burada ortamərtəbəli, kvartal tipli şəhərsalma
var, kvartallarım uzunğu da optimaldır
2.
Küçədə ağaclar var. Daha yaşlı ağaclar ola
bilərdi, amma deyəsən xəsislik ediblər
3.
Ciblərdə paralel parklanma
4.
Baryersiz mühit var
İndi isə bu küçələrin salınmasında və yol hərəkətinin təşkilində yol verilmiş səhvlərdən
danışacam. Nəzərə alın ki, tənqid məhz küçə layihələndirməsinin müasir
yanaşmalarını əsas götürəcəm. Təbii ki, Bakının başqa küçələri ilə müqaisə etsək,
hər şey heç də pis deyil.
1. Bu növ kvartaldaxili yaşayış küçələrində sürət məhdudiyyatı
30-40 km/s olmalıdır və buna nail olmaq üçün Nəqliyyat axınının sakitləşdirilməsi
üçün təbbirlər görülməlidir, məsələn: qaldırımış yol kəsişməsi
Və ya qaldırılmış pidaya keçidi.
Belə küçələrdə sürət düzgün seçilsə, heç velosiped
zolaqlarına da ehtiyac qalmaz.
2.
Başa
düşdüyüm kimi burada hərəkət zolaqların eni standart 3.5-3.75 metrdir. Bu isə çoxdur,
zolaqların eni 3 mert olmalıdır.
3.
П-vari piyada keçidləri.
Təbii ki bu yol
verilməzdir və belə olmamalıdır, bu ancaq qayda pozuntularının sayını artırır.
Bunadan əlavə əgər burada nizamlanmayan piyda
keçidi qoyulurda mütləq təhlükəzilik adası olmalıdır.
4.
Piyada keçidləri hər kəsişmədə və birləşmədə
olmalıdır. Piyada keçidlər piyadalara lazım olan yerlərdə olmasa, piyadalar
qaydaları daim pozacaqlar, məmurlar isə “mədəniyyətdən” danışmağa əlavə səbəb
tapacaqlar.
5.
Çox maraqlıdır ki, bir çox yerlərdə sol döngə
qadağandır, səbəbi məlum deyil. Yaşayış küçələrində belə olmamalıdır.
6.
Parknlanma cibləri həddindən artıq geniş
tikilib, buraya 1.5 maşın yerləşər.
7.
Çox maqaqlı və qəribə parklanma nişanı
Nişan səkidə parklanmaya çağırır.
8.
Yenə nəhəng dairələr və yeraltı keçidlər.
Azəravtoyol hətta gözəl planlaşdırılmış küçələri
korlaya bilər. Dairə belə olar.
No comments:
Post a Comment