təhlükəsizlik yollardan deyil, başlardan başlayır
İsveçdə yaradılmış Vision Zero
proqramının (sıfır ölüm) bir cümlə ilə təsvir etmək olar: yol-nəqliyyat
hadisələri nəticəsində heç kim ölməməlidir. Tədricə bu ideya digər ölkələrə də
yayılır, halbuki problemlər də yaşanır. Yol hərəkətinin təhlükəsizliyi məsələlərini
müzakirə edərkən çox zaman hadisə qurbanlarını ittiham edirlər, işıqqaytarıcı
jiletlərdən istifadə etməyi, yolu keçərkən telefondan istifadə etməməyi
tövsiyyə edirlər.
2016-cı ildə Toronto şəhərinin meri
tam ciddiliklə bəyan edib ki, bütün problemlər piyadaların telefonlardan
istifadə etdiyi, qulaqcıqlarla musiqi dinləmələri və harda gəldi yolu keçmələri
nəticəsində yaranır. Bununla belə, bu şəhərin rəhbərliyi formal olaraq Vision
Zero prinsiplərini tədbiq etmələrini bəyan edirdilər.
Umumiyyətlə məmurlar yol-nəqliyyat
hadisələri nəticəsində ölümlərinin azaldıması haqqında çox danışırlar, lakin
çox zaman buna necə nail olmaq haqqında geniş biliklərə malik deyillər. Çox
zaman onlar bir şeyi nəzərdən qaçırırlar - dizayn (küçələrin layihələndirilməsi)
olduqca vacibdir. Bu həqiqəti bir çox Avropa şəhərlərində dərk ediblər,
Hollandiyada isə bu prinsipdən artıq bir neçə onilliklər ərzində istifadə
edirlər. Hələ 1980-cı illərdə Hollandiyanın Utrext şəhərinin polisi aşkar etdi
ki, təhlükəli yol-nəqliyyat hadisələrinin azaldılması yönəlmiş təbbirlər
işləmir və belə gənayətə gəliblər: “əgər qaydalar işləmirsə, deməli onları
dəyişmək lazımdır”. Əgər sürücülər daim sürət həddini aşırlarsa, problem
sürücülərdə deyil, problem küçənin quruluşundadır. O zamanlar Niderland
qazetləri yazırdı: “Qayda pozan sürücüləri cərimələməkdən öncə, biz onların nə
qədər çox olduğu haqqında anlayışa gəlməliyik. Əgər onlar çoxluq təşkil
edirlərsə, cərimələr kömək etməyəcək, deməli belə eləmək lazıçdır ki, sürət
məhdudiyyətini aşmaq mümkünsüz olsun”
İsveçdə icad olunmuş Vision Zero
həmin bu prinsiplərin üzərində qurulub və onun icrası olümlə nəticələm
yol-nəqliyyat hadisələrinə qarşı yeni yanaşma tələb edir. Etiraf etmək lazımdır
ki, heç bir insan mükəmməl deyil və heç bir formal qayda və cərimələr bunu
dəyişməyəcək.
Nyu-York şəhərində Vision Zero proqramına dəstək aksiyası. Məmbə: vaccaroandwhite.com
Yeni
prinsipləri hələ də qəbul etməyən Şimali Amerika, Russiya, MDB və digər
ölkələrin şəhərlərinin nəqliyyat sistemlərində ölümcül
təhlükə var. Bizim küçələr elə layihələdirilib ki, sürücülər idarə edə
bilməyəcəkləri ifrat riskə gedirlər. Biz isə səbəb və nəticəni fərqləndirə
bilmirik və bir çox halda hadisə qurbanlarını ittiham edirik. Biz həqiqi təhlükələri nəzərə almırıq və
diqqətimizi qulaqcıqlarda, siqaret çəkmədəş, sərnişinlərdə və sairdə
cəmləyirik. Biz səhv etməyə davam edirik- insan faktory həmişə mövcuddur, ilin
365 günü. Səmərəni nəqliyyat sistemi bunu nəzərə almalıdır.
İsveçin statistik göstəriciləri bu
yanaşmanın düzgün olmasını təsdiq edir: göy xətt avtomobil səyahətlərinin
dinamikasını, sarı xətt isə yol-nəqliyyat hadisələrin qurbanlarını göstərir.
Məmbə: visionzeroinitiative.com
Nyu-York şəhəri Vision Zero
prinsiplərini ciddi qəbul edən şəhərlərdən biridir. Bununla belə orada ancaq
təhlükəsiz küçə infrastrukturunun qurulması ilə məhdudlaşmırlar, onlar nəzərə
alırlar ki, bəzi adamların nümayişkar şəkildə pis davranırlar. Misal üçün,
onlar qəstən sürət həddini aşırlar və döndükləri yerə baxmırlar. Adətən belə
hallarda sürək həddini aşağı salmaq və cərimələri çoxaltmaq təklif olunur. Buna
baxmayaraq belə tədbirlər bir çox halda səmərəsiz olur, cünki inzinbati
tədbirlər yaxşı və təhklükəsiz infrastrukturu əvəz edə bilmir. Misal üçün əgər
hər hansı bir yolda sürət məhdudiyyəti 60 km/s-dırsa, amma həmin küçə maqistral
yol kimi layihələdirilib, əksər sürücülər sürət həddini aşmağa meyl edəcəklər.
«Yol hərəkəti qaydalarına əməl edin». Nyu-York. Məmbə:
theepochtimes.com
Nyu-yorkda
bu prinsipləri anlayırlar, buna görə də küçələri bütün iştirakçılar üçün
bərabər şəkildə rahat təşkil edirlər. Misal üçün piyada yolu keçmək üçün bir
kilometerə yaxın məsafəni qət etməli olmur, çünki piyada keçidlər məhz onlara
ehtiyac olan yerlərdə yerləşdirilir. Planlaşdırıcılar piyada, velosipedçi və
avtomobil axınlarını ayırmağa çalışırlar. Küçələrdə məhdud mobilli insanlar
üçün təhlükəsizlik adaları inşa olunur.
Vision
Zero çox kompleksli yanaşma tələb edir. Əgər kimsə desə ki, bu məqalədə
insanların yolun ortasında sms yazmaq hüququ qorunur, bu belə deyil, sadəcə
inslanların axmaq hərəkətlərinə qarşı qanun acizdir. İnsanlar yolun ortasında
və ya sükan arxsında sms yazırlar və bu daim baş verir. Eyni məntiqlə şəhərdə
piyada gəzmək, yaşlı insanlara küçəyə çıxmaq və telefona daim baxan
yeniyetmələri qadağan etmək lazımdır, qeyd edək ki, Kanadada yol-nəqliyyat hadisələrinin 65%-i məhz belə
yeniyetmələrinin iştikaki ilə olur. Bu tam olaraq yol hərəkətinin indiki təşkilinə
uyğun gəlir, çünki system sürücülərin mənzil başına 3 dəqiqə tez çatmasına
yönəlib. Bunun yerinə system mənzil başına hamının sağ-salamat çatması hədəfləməlidir.
Yaxşı olardı ki Vision Zero-nun nə olduğu haqqında da yazardınız. Məqalə ancaq onun müsbət tərəfləri haqqında yazılıb, amma onun nədən ibarət olduğu aydın deyil.
ReplyDelete