Bakı şəhərində parklanma idarəçilində dəyişiklik
Bildiyiniz
kimi, Bakı şəhərində avtomobillərin parklanması ilə əlaqədar böyük problemlər
yaşanmaqdadır. Bu ilk öncə adarəçilik problemidir. Bakı Şəhər İcra Hakimiyyəti
Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) tam yararsız idarəçiliiy nəticəsində
vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşib. Bu qurum şəhərdə ödənişli
parklama tətbiq etsə də, yol verdiyi kobut səhvlər və bir çox halda qaydasızlıq
nəticəsində bu yaxşı ideya tam olaraq diskreditasiya olundu. Bu haqqda REAL
TV-nin yaxşı bir araşdırması var.
Xatılatmaq
lazımdır ki, parklanma siyasəti şəhərin nəqliyyatı üçün olduq vacib məsələdir,
çünki məhz parklanmanın idarə edilməsinin nəqliyyat axınını əhəmiyyətli dərəcədə
təsir edir. Bu haqqda geniş məqaləmi və təlkiflərimi oxuya bilərsiniz. Şəhərlərdə düzgün
və səmərəli parklanma işinin qurulması asan iş deyil, bundan əlavə isə çox
hassasdır, çünki bu insanların gündəlik nəqliyyat davranışına əhəmiyyətli dərəcədə
təsir edir.
Qeyd
edim ki, şəhər parklamasının idarə edilməsində iki əsas məsələ var:
- Parklanmanın təşkili, yəni nə qədər yerlərin ayrılması, qiymət siyasəti, məlumatlandırma və sair
- Nəzarət mexanizmləri, yəni dayanma-durma qaydalarının pozulması hallarının azaldılması, təmbehlərin tətbiq edilməsi və lazım gələrsə təxliyyəsi
Bu
yaxına kimi təşkil və nəzarət fərqli qurumlar tərəfində aparılması üçün bu sahədə
ciddi problemlər və şəhərin bir çox yerində xaos yaşanırdı.
Amma son zamanlarda vəziyyət dəyişməyə başladı və bu dəyişikliklər institusional xarakter daşıyır.
- İlk oradaq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanına uyğun olaraq Bakı şəhərində bütün küçə parklanma yerlərinin idarə ediləməsi XTAİ-dən Bakı Nəqliyyat Agenliyinə verildi (imzanma tarixindən 3 ay müddətində). Lakin nəzarət mexanizmləri Yol Polisində və küçədənkanar parkinqlərinin təşkili və idarəsi isə İcra Hakimiyyətinin kurasiyasında qalmışdı.
- Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 İyul tarixli fərmanına uyğun olaraq isə Bakı Nəqliyyat Agenliyinə parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi səhahiyyəti verildi. Bundan əlavə isə BNA qayda pozmuş və tıxaclara səbəb olan nəqliyyat vasitələrini təxliyyə(evakuasiya) etmək haqqı da var. Eyni zamanda İcra Hakimiyyətinə məxsus yeraltı qarajlar (Qiş parkı və Azadlıq meydanı) BNA-ya verilməlidir. BNA həmiçinin yeni yeraltı və yerüstü avtomobil qarajlarının tikintisi və istismarı məsələləri ilə məşğul olacaq.
Bu
salahiyyətlər verilməklə BNA Bakı şəhərində tam olaraq parklama siyasətini həyata
keçirə biləcək çünki bütün mexanizmlərə malikdir.
Ödənişli
parklanmadan daxil olan vəsaitdən istifadə məsələsi də çox vacibdir.
Dünya təcrübəsində bu vəsaitlər ictimai nəqliyat üçün subsidiyalar ayrılır, yəni
avtomobil istifadiçiləri dalayısı ilə ictimai nəqliyyatı maliyyələşdirirlər. Subsidiyalarhaqqında burada yazmışam.
Daha
bir mühim məsələrə tarif mexanizləridir: Qiymətqoyma prinsipləri
olduqca çevik olmalıdır və parkinqə tələbat artdıqca qiymətlər artmalıdır. Küçə
parkinqinin qiymətləri yeraltı və yerüstü dayanacaqların qiymətlərindən bir qədər
yüksək olmalıdır. Əgər qiymətlər Tarif Şurası tərəfində müəyyn edilsə parlanma
tariflərindən nizamlayıcı mexanizm kimi istifadəsi məhdud olacaq.
Beləliklə
BNA-ya bu vacib işdə uğurlar və ən qabaqcıl dünya təcrübəsindən (məsələn bukitabda olduğu kimi )
istifadə etməyi arzulayıram.
No comments:
Post a Comment