Bakıda parklanma ödənişli
olmalıdır
Parklanma
haqqında əvvəlki məqalələr:
Hamıya
məlumdur ki, Bakı şəhərinin nəqliyyat sistemində ən ciddi problemlərdən biri parklanma
problemidir. Bu ondan irəli gəlir ki, şəhərin
parklanma sahəsi tarixən olduqca pis idarə olunub və bu sahəyə strateji baxış və
siyasət yox idi. Son aylarda parklanma sahəsinin idarəçiliyində dəyişiklik baş
verdi və artıq bu sahə ilə Bakı Nəqliyyat Agentliyi məşğul olacaq. Ətraflı şəkildəburada.
Nəqliyyat
sahəsində uğur əldə etmiş böyük şəhərlərin paylaşdığı bir şey var: ödənişli parklanma. Bəli, müasir şəhərin
nəqliyyat sistemimin normar və səmərəkli işləməsi üçün parklanma sahəsini
düzgün idarə etməli və onu ödənişli etmək zərüridir.
Ödənişli parklanma hansı problemləri həll edir?
- Böyük şəhərlərdə küçə,yol və parklanma sahəsi məhdud resursdur və bu resursa onlan tələb təklifdən həmişə böyük olur, yəni parklanacaq avtomobillərin sayı mövcud parklanma yerlərindən azdır. Düşünün, əgər bir fərd şəhərin mərkəzində yerləşən bir ofisdə çalışırsa, onun işə gəldiyi avtomobili saxlamaq üçün də sahə lazımdır. Bu sahə işçiyə ofisdə ayrılan sahədən bir çox halda daha böyük olur, yəni avtomobilə tələb olunan yer ortalama iş yerindən daha böyükdür və təbii ki hamıya yer çatmır. Parklanmaya tədbiq edilən qiymət məhz tələb və təklifi təmzimləyir.
- Şəhərlər ödənişli parklanma tədbiq edərək avtomobil istifadəsini azaldırlar və şəhərlərdə tıxacları azaltmış olurlar. Şəhərlər ödənişli parklanma sürücüləri avtomobillə gündəlik səyahətlərdən yayındırmaq məqsədi daşıyır və onları ictimai nəqliyyatla, piyada və velosipedlə hərəkət etməyi stimullaşdırır.
- Şəhərlər ödənişli parklanmadan əlavə vəsait əldə edərək, bu pulla ictimai nəqliyyatı məliyyələşdirir və abaqlıq işləri üçün sərf edirlər.
- Uzunmüddətli parklanma daha baha olduğu üçün parklanma yerlərinin istifadə dövriyyəsi artır və dolayısı ilə şəhərdə fəallıq artmış olur
Niyə görə ödənişli
parklanma qaçırılmazdır?
Əslində heç nə
pulsuz olmur.
Əgər hər hansı bir nemət istifadəçilərə pulsuz başa gəlirsə bu demək deyil ki,
heç kim bununla əlaqədar xərləri çəkmir. Parklanma pulsuz olanda bunun zərərini
bütün cəmiyyət çəkir, dolayısı ilə maşın sürməyənlər sürücüləri
subsidiyalaşdırırlar. Əslində isə avtomobili harada parklanması onu sürən fərdin
şəxsi problemidir, çünki o öz mülkiyyətinə cavabdeh olmalıdır.
Heç kimə maşınla
birlikdə istənlən yerdə 10 m2 torpaq verilmir. Şəhər torpağı məhdud resursdur
və itənilən halda hamının avtomobili üçün yer qalmayacaq
Ancaq güclü nəzarət
kifayət etmir. Parklanma pulsuz olsa, lakin nəzarət
güclü təşkil edilsə yəni qaydaları pozanlar effektiv sürətdə cərimə olunsa yənə
də məsələ həll olunmur. Tutaq ki, parklanma yerinə ən tez gələn sürücülər
avtomobillərini pulsuz saxlayacaqlar.
Lakin daha gec gələnlər nə edəcəklər? Onlaq artıq gəliblər və avtomobili
saxlamaq üçün müxtəlif üsullarda istifadə edəcəklər və qayda pozuntularının
sayı və şiddəti yenə də artmış olacaq.
Qiymət siyasəti
- Bir qayda olaraq parklanma yerlərinin qiyməti o ərazidə olan tələbdən asılı olmalıdır. Yəni yüksək tələbatlı yerlərdə parklanma yerləri daha baha olmalıdır. Aşağı aktivli yerdə parklanmanı hətta pulsuz və ya çox ucuz etmək olar.
- Küçə parkinqi küçədənkənar parkinqlərdən daha olmalıdır, çünki o ucuz olsa heç kim öz xoşu ilə çoxmərtəbəli qarajlara üz tutmayacaq. Daha yüksək qiymət həm də sahibklarlar üçün parklanma qarajlarını inşa etməyə stimul yaradacaq.
- Qiymət elə olmalıdır ki, həmişə hətta ən tələbatlı yerlərdə boş yerlər mövcud olsun.
- Uzunmüddətli parklanma qeyri-proporsional şəkildə daha olmalıdır. Bu addım bütün iş günü ərzində parkmanmaq kimi davranışı dəyişməyə vadar edir.
- Qiymətlər zonadan zonaya dəyişməlidir. Lakin daha əvvək qeyd etdiyim ki, ayrı-ayrı yüksək tələbatll yerlər ola bilər. Məsələn daha ucuz zonanın içində populyar, böyük kütləni cəlb edən bir məkan ola bilər.
Əsl ödənişli parklanmanın tətbiqi rahat bir
şey deyil, çünki bu addım insanların nəqliyyat davranışına və vərduişlərinə çox
təsir edir. Bu səbəbdən insanlar bunu qəbul etmirlər, çünki bu onlar üçün hava
vergisi kimidir. Əsl ödənişli parklamanın təşkili şəhər rəhbərliyindən güclü
siyasi iradə tələb edir.
No comments:
Post a Comment