Friday, 6 July 2018


Bakı Metropolitenində Sərnişindaşıma Neçəyə Başa Gəlir (2017)


Bakı metropoliteni 2017-ci ilin maliyyə hesabatlarını dərc edib və artıq 3 il ardıcıl göstəricilər var. 
2015-ciilin hesabatlarına dair geniş məqalə yazmışdım. 

2017-ci ildə nə dəyişib?
İlk növbədə nəzərə çarpan dəyişiklik odur ki, dövlət büdcəsindən ayrılan subsidiya 38 milyon manatda 45 milyon manata qədər atmışdır, halbuki cəmi əməliyyat xərclərində artım demək olar ki, yoxdur.
Metropolitenin gəlirləri aşağıdaki kimidir:

2017-ci ildə gəlirlərin bölgüsü.

Qeyd etməl lazımdır ki, Bakı metropoliteni reklam, icarə və sair gəlirləri iki dəfə azalmışdır. Bunun səbəbləri çox maraqlıdır.

Metropolitenin real xərcləri isə aşağıdaki kimidir:

2017-ci il üzrə xərclərin bölgüsü:

Bir sərnişinə düşən xərcri hesablasaq belə bir mənzərə alınır:

Bir sərnişinə düşən xərc 33 qəpikdir və dövlət hər bir sərnişin üçün əlavə 13 qəpik ödəməlidir. Bu məbləği daşınmış 221.7 milyon sərnişidə vursaq 29 milyon manat əldə edirik. Lakin qurum faktiki olaraq daha yüksək məbləğdə subsidiya alır (45 milyon).

Digər tərəfdən Bakı metropoliteni tikinti üçün ayrılan məbləğ kəskin azalıb. Belə ki,əgər 2015-ci və 2016-cı  ildə Bakı metropoliteni kapital qoyuluşları üçün müvafiq olaraq 225 milyon və 258 milyon manat almışdırsa 2017-ci ildə yalnız 81 milyon manat almışdır.

No comments:

Post a Comment