Şəhər Nəqliyyatının İnteqrasiyası
Bakı şəhərində bir çox meqapolislərdə olduğu kimi işgüzar və mədəni fəallıq şəhərin mərkəzi hissələrində cəmləşir.
Bu amil sakinlərin şəhərin ətraflarından və Abşeron yarımadasında yerləşən qəsəbə
və şəhərlərdən Bakının mərkəzi hissələrinə gündəlik səyahətlərinə gətirib
çıxarır. Sakinlərin əhəmiyyətli hissəsinin bu səyahətləri şəxsi avtomaşınlar ilə
etməsi şəhərin yol şəbəkəsinə ifrat yük yaradır. İnkişaf etmiş ölkələrin iri şəhərlərində
və xüsusən Avropada ötən əsrin təxminən 60-cı illərində yol tıxacları problemi
müşahidə olunmağa başlamışdır. Bu problem əsasən avtomobil sahibliyinin həmin
illərdə geniş yayılması ilə əlaqəli idi. Bu problemin həlli, ictimai nəqliyyatın
inkişaf etdirilməsi, ondan istifadənin həvəsləndirilməsi və digər tərəfdən
sürücüləri şəxsi avtomobillərin gündəlik istifadəsindən çəkindirmək siyasəti
olmuşdur.
İnteqrasiya olunmuş nəqliyyat
sistemi niyə görə vacibdir?
İnteqrasiya olunmuş nəqliyyat sistemi sərnişinlərə bütün nəqliyyat
vasitələrində istifadə etməyə asan imkanlar yaradır.
Sistem ictimai nəqliyyatdan istifadəni daha rahat edərək sərnişin
sayını artırır.
İnteqrasiya olunmuş sistemdə vahid ödəniş və tarif sistemləri tətbiq
olunduğuna görə ödəniş və nəzarət çətinlikləri aradan qaldırılır.
İctimai nəqliyyat növləri arasında koordinasiya baş verir və vaxt cədvəlləri
harmonizasiya olunur. Bu amil nəqliyyat növlərinin dəyişmələrini asanlaşdırır.
Bunu necə əldə etmək olar?
1. İnteqrasiyalı idarəetmə və
planlaşdırma
İlk növbədə şəhərin nəqliyyat sistemində inteqrasiyalı idarəetmə
lazımdır. Bundan əlavə nəzərə almaq lazımdır ki, Bakı şəhəri böyük bir
aqlomerasiyadır və bu vahid aqlomerasiyanın nəqliyyat sisteminə vahid bir
sistem kimi yanaşmaq lazımdır. Lakin, hal-hazırda bu baş vermir, nəqliyyat
planlaşdırılması olduqca fraqmentar aparılır, çunki bununla bir neçə bir birindən
müstəqil dövlət qurumları məşğul olur.
Bakı şəhərinin (bu mənada mən
bütün Bakı aqlomerasiyasını nəzərdə tuturam) nəqliyyat sisteminin quruluşu
kifayət qədər mürəkkədbir, bir çox iştirakçılar var və bəzən onların cavabdeh
olan sahələr kəsişir.
Bundan əlavə Sumqayıt şəhər nəqliyyat
departamenti də var.
Belə olduğu halda hər hansı bir
qurum koordinasiya aparmalı və strateji idarəetmə ilə məşğul olsun ki, ümumi
strateji məqsədlərə nail oluna bilsin.
2. İnteqrasiya olunmuş nəqliyyat
infrastrukturu və nəqliyyat xidmətləri
Bura bir çox məsələlər daxildir: nəqliyyatın
mübadilə stasiyaları(mərkəzləri, habları), uzlaşdırılmış hərəkət cədvəlləri,
vahid şərnişin məlumat sistemləri və naviqasiya.
Son illərdə Bakı şəhərində bir neçə nəqliyyatın mübadilə mərkəzləri
yaradılmışdır, lakin nəqliyyat növlərinin inteqrasiyası istənilən səviyyədə
alınmır. Məsələn Koroğlu NMM avtobus terminalı metro stansiyasından və gələcək
qatar stansiyasından uzaqda yerləşir, Dərnəgül NMM isə insanları cəlb edə bilmir və bu səbəbədən
avtobuslar bu məkana gəlmir.
Avtovağzal nəqliyyat govşağında
yaradılacaq şərait yenə də sərnişinlərin maraqlarına cavab vermir. Ətraflı təhlil burada.
Dünyadan bir neçə mübadilə
qovşaqları ilə bölüşmək istərdim.
Bundan əlavə avtobus sərnişindaşıma
sistemində bir çox problemlər var ki, onlar inteqrasiya olunmuş sitemin
yaranmasına mane olur, məsələn:
3. Gediş haqqlarının inteqrasiyası
Ən mühüm məsələ vahid nəqliyyat
sistemində vahid gediş haqqı ödəmələrinin təşkilidir. Bütün aqlomerasiyada və
bütün ictimai nəqliyyat növləri üçün vahid bilet menyusu və ya vahid elektron
kart işləməlidir. Bundan əlavə sərnişin etdiyi mübadilələr üçün əlavə gediş
haqqı ödəməməlidir. Bunun üçün dünyada biletləri səfərlərin sayına görə deyil
vaxta görə satırlar. Məsələn bu Praqa şəhərinin bir dəfəlik biletləridir, onlar
30 dəqiqə və 90 dəqiqə ola bilirlər. Bu zaman daxilində sərnişin istədiyi qədər
nəqliyyat dəyişə bilər.
Eyni məsələni elektoron karlarla
da həyata keçirmək olar.
Təbii ki, mütətəqqi nəqliyyat sisteminə malik şəhərlər aylıq və illik abonement
biletlərnini də satırlar.
No comments:
Post a Comment