Müasir təcrübəyə arxalanan nəqliyyat siyasəti: 5-ci hissə.
Avtomobil istifadəsinin azaldılması
İri şəhərlərdə avtomobil istifadəsinə nəzarət
qaçırılmazdır. Kütləvi avtomobil istifadəsi şəhərdən ifrat dərəcədə sahə tələb
edir(yol və parklanma sahəsi), torpaq sahəsi isə iri şəhər şəraitində ən məhdud
resursdur. Bu haqda geniş məqaləni burada oxumaq olar.
Avtomobil istifadəsinin kütləviləşməsi Bakı şəhərində
xüsusi ilə çox problem yarada bilər, çünki şəhərin küçə-yol şəbəkəsi hər hansı
bir kütləvi avtomobilləşmə səviyyəsinə
uyğun deyil. Bu haqda daha geniş şəkildə burada və ya burada oxumaq olar.
Nəqliyyat və mobillik sahəsindən müvəffəqiyyət
qazanmış iri şəhərlərin təcrübəsinin nəzərə
alaraq belə qənayyətə gəlmək olar ki, avtomobil istifadəsinin nəzarətində əsas
hədəf gündəlik evdən işə və işdən evə edilən səyahətlərdir. Məhz bu növ istifadə
paradiqması ən səmərəsiz hesab edilir, avtomobil pik saatlarda istifadə edilir
və üzün müddət ərzində şəhərin cəlbedici yerində dayanır. Bu cür səyahətlərdən ən
effektiv çəkindirmə aləti bir tərəfdən gündəlik avtomobil istifadəsinin xərcini
artırmaq, digər tərəfdən isə keyfiyyətli ictimai nəqliyyatın təklif edilməsidir.
Əksər hallarda şəhərdə düzgün parkinq siyasəti məsələni həll edir.
Dünya təcrübəsində bir necə çəkindirmə və avtomobil istifadəsinin
azaldılması üsulları var:
(1) İnzibati
(qadağa) metodlar. Avtomobillərin
gündəlik istifadəsinə inzibatı qaydada nəzarət edilə bilər. Məsələn: həftənin tək
günlərində ancaq tək qeydiyyat nömrəli maşınlar, həftənin cüt günlərində ancaq
cüt qeydiyyat nömrəli maşınlar istifadə oluna bilərlər və ya region maşınlarına
şəhərə daxil olmasına qadağa.
(2) İnfrastruktur
metodları. Bəzi şəhərlər
yol sahəsini azaltmağa, parkinq yerlərinin ləğv edilməsinə, piyada zonaların
yaradılmasına cəhd edirlər. Beləliklə, maşınlar üçün fiziki olaraq yer azalır.
Bəzi əyani nümunələr aşağıda:
Bəzi şəhərlər hətta avtomobil sahibliyinin özünə nəzarət
etməyə çalışırlar və yeni avtomobilin qeydiyyatına məhdudiyyət tətbiq edirlər.
Məsələn əgər siz Sinqapur maşın alıb onu qeydiyyata salmaq istəyirsinizsə siz
bundan əvvəl lotereya qaydasında avtomobil qeydiyyatına icazə alasınız. Hətta
xoşbəxtlikdən bu icazəni qazana bildinizsə siz eyni maşına ABŞ-ya nisbətən az
qala 3 dəfə çox qiymət ödəməli olacaqsınız, çünki Sinqapurda avtomobillərə yüksək
vergi və gömrük haqqı tətbiq olunur. Daha bir maraqlı fakt: əgər siz Tokio və ya Amsterdamda avtomobili qeydiyyata təqdim edirsinizsə,
o zaman sizinlə bu avtomobilin parklanma yerinə dair mülkiyyət sənədi və uzunmüddətli
icarə müqaviləsini təqdim etməlisiniz.
Bakıdaki vəziyyət
Hal-hazırda Bakı şəhərində avtomobil istifadəsini tənzimləyən
heç bir effektiv metod tətbiq olunmur.
Anlamaq lazımdır ki, əgər heç bir nəzarət və çəkindirici
alətlər istifadə edilməsə avtomobillər bütü boş yerləri tutacaq. Həqiqətən bu
da baş verir: şəhərdə piyada səkilərində və xaotik parklanma adi bir hala
çevrilib.
Gündəlik evdən işə və işdən evə avtomobillə edilən kütləvi səyahətlər
günün pik saatlarında şəhərin girişlərində xüsusi ilə acınacaqlı vəziyyət
yaradır.
Deyə bilərsininiz ki, Bakıda ödənişli küçə parkinqi
var və artıq neçə il fəaliyyət göstərir. Düzdür Bakıda ödnişli parkinq
mövcuddur, lakin o bir sıra ciddi problemlərlə təşkil olunub. Demək olar ki,
Bakı şəhər İcra Hakimiyyəti bütün mümkün səhvlərə yol verib. Beləliklə Bakı şəhərində
ödənişli parkinq öz birbaşa funksiyalarını yerinə yetirmir. Parkinqin idarə
edilməsi və təklif edilən dəyişikliklər haqqında geniş məqaləni burada oxuya
bilərsiniz.
Digər ciddi məsələ ondan ibarətdir ki, Bakı şəhərində
dayanma və durma qaydaların pozulmasına dair cərimə gülünc dərəcədə ucuzdur. Bundan
əlavə yol polisi bu qayda pozuntuları ilə effektiv mübarizə apara bilmir.
No comments:
Post a Comment